7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general-polkovnik Aleksus Qrinkeviç Türkiyənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkilatın ən bacarıqlı hərbi liderlərindən bəziləri məhz Türkiyə hərbiçiləridir.

4 Dekabr 2025 22:00
Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

BAKI,AzerVoice, Orxan Qədirzadə

NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general-polkovnik Aleksus Qrinkeviç Türkiyənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkilatın ən bacarıqlı hərbi liderlərindən bəziləri məhz Türkiyə hərbiçiləridir.

AzerVoice xəbər verir ki, general bu fikirləri Belçikanın Mons şəhərində yerləşən NATO-nun SHAPE qərargahında “Anadolu” agentliyinə müsahibəsi zamanı səsləndirib. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı arasında əməkdaşlıq sabit şəkildə davam edir və Alyans birgə güclərin daha səmərəli koordinasiyasına çalışır.

Qrinkeviç qeyd edib ki, NATO-nun hərbi komandanlıq strukturu aydın və funksionaldır, ittifaq isə Aİ ilə əməkdaşlıq çərçivəsində zəruri texnoloji imkanlar barədə tövsiyələr verir.

General bildirib ki, Alyansda yüksək etimad qazanan rəhbərlər arasında türkiyəli komandirlərin xüsusi yeri var. O, hazırda Kosovodakı NATO qüvvələrinin komandanının fəaliyyətinə böyük etimad göstərildiyini vurğulayıb.

Qrinkeviçin sözlərinə görə, Avropada hibrid hücumların sayı artır və bu prosesin davam edəcəyi istisna olunmur. O deyib ki, bəzi hücumlar təsadüfi xarakter daşısa da, digərləri məqsədli şəkildə həyata keçirilir.

“Bu fəaliyyətlərin bir hissəsinin arxasında Rusiyanın dayandığı məlumdur. Cəmiyyət də bunun fərqində olmalıdır.”- o, deyib.

General bildirib ki, vəziyyət NATO üçün idarəolunandır və bu təhdidlər Alyansın birlik və konsolidasiyasını zəiflətmir.

O bildirib ki, NATO hibrid hücumlara qarşı daha fəal tədbirlər görməyi müzakirə edir, lakin hər zaman müdafiə xarakterli ittifaq olaraq qalacaq.

Rusiyanın mümkün aqressiyası barədə suala cavab verən Qrinkeviç “Rusiya bizi hər gün sınağa çəkir. Məncə, biz bu çağırışlarla hər gün üz-üzəyik.”-deyə bildirib.

General əlavə edib ki, hazırda ən böyük risk NATO-ya qarşı olan qüvvələrin sıx əməkdaşlığından qaynaqlanır. Onun sözlərinə görə, Çin Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirir, Şimali Koreya canlı qüvvə və avadanlıq göndərir, İran isə texnologiya və hərbi vasitələr təmin edir.

Məqalədə: #NATO komandanı: Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir #SACEUR: Türkiyənin hərbi gücü NATO-nun əsas dayaqlarındandır #NATO: Alyansın ən yaxşı liderləri Türkiyədən çıxır #NATO komandanı Avropadakı hibrid təhdidləri və Türkiyənin rolunu şərh etdi #NATO-dan yüksək qiymət: Türkiyə Avropanın təhlükəsizliyinə böyük töhfə verir #NATO Supreme Commander: Turkey is an exceptionally important ally #SACEUR praises Turkey’s military strength and key leadership role in NATO #NATO: Some of the Alliance’s best commanders come from Turkey #NATO commander warns of hybrid threats #highlights Turkey’s contribution #Turkey plays crucial role in European security #NATO general says

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.