Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri
Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.
Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur
Yeni açıqlanan 2025 Qlobal Təqaüd Hesabatına əsasən, Portuqaliya, İspaniya və Avstriya bu il də yüksək həyat səviyyəsi, vergi üstünlükləri və təhlükəsizlik göstəricilərinə görə təqaüdçülər üçün dünyanın ən cəlbedici beş ölkəsi sırasında yer alıb.
Fransa Superkuboku 2026-da Küveytdə keçiriləcək
2025-ci il Fransa Superkuboku oyunu Paris Sen-Jermen (PSG) ilə Marsel komandaları arasında baş tutacaq. Görüşün 2026-cı il yanvarın 8-də Küveytin paytaxtında yerləşən 58 min tamaşaçı tutumuna malik Caber Əl-Əhməd Beynəlxalq Stadionunda keçirilməsi qərara alınıb. Keçən mövsüm final oyunu Qətərin Doha şəhərində təşkil olunmuşdu. Beləliklə, Fransa Superkuboku ardıcıl ikinci dəfə Asiyada baş tutacaq. Ənənəyə uyğun olaraq, Superkubokda Liqa 1 çempionu ilə Fransa Kubokunun qalibi qarşılaşır. 2024–2025 mövsümündə hər iki kuboku qazanan PSG, finalda Liqa 1-in ikincisi Marsel ilə üz-üzə gələcək.
Qırmızı bülletenlə axtarılan 8 nəfər Türkiyəyə gətirilib
Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib. Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib. Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.
İrlandiya və İspaniya Eurovision-u boykotla hədələyir - İsrailin iştirakı böhran yaradıb
2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Eurovision Mahnı Müsabiqəsi ətrafında ciddi siyasi gərginlik yaranıb. İrlandiyanın ictimai yayımçısı RTE, Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında bəzi üzv ölkələrin İsrailin iştirakından narahatlığını dilə gətirdiyini açıqlayıb.
UEFA 2027 Çempionlar Liqası finalının keçiriləcəyi şəhərləri açıqlayıb
UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyunlarının məkanlarını təsdiqləyib. UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında qəbul edilən qərara görə, kişilər arasında final Atletiko Madrid klubunun 70 min tamaşaçı tutumuna malik Metropolitano stadionunda keçiriləcək. Stadion 2019-cu ildə Liverpulun Tottenhemi 2:0 hesabı ilə məğlub edərək kuboku qazandığı finala da ev sahibliyi etmişdi. Bu, Madridin Çempionlar Liqası finalına altıncı dəfə ev sahibliyi etməsi olacaq.
ABŞ və BAEA Ukrayna və İran üzrə nüvə məsələlərini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi arasında Ukraynadakı nüvə obyektləri və agentliyin İranda həyata keçirdiyi nəzarət fəaliyyətləri də daxil olmaqla, qlobal nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bildirilib. Dövlət Departamentinin açıqlamasına görə, sentyabrın 8-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək BAEA İdarə Heyətinin iclası ərəfəsində baş tutan görüşdə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və agentliyin İranda həyata keçirdiyi yoxlama və nəzarət fəaliyyətləri də daxil olmaqla müxtəlif qlobal nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
Avropada ən uzun illik məzuniyyət verən ölkələr açıqlanıb
CNBC-nin məlumatına görə, işçilərinə ən uzun illik məzuniyyət verən 9 Avropa ölkəsi arasında Fransa, Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya, İsveç və Portuqaliya var. Bu ölkələrdə ödənişli məzuniyyət müddəti 22 gündən 30 günə qədər dəyişir. Fransada işçilərə 30 gün ödənişli məzuniyyət təqdim olunur. Böyük Britaniya 28 gün, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya və İsveç isə 25 günlə bu siyahıda yer alır. Portuqaliyada isə bu göstərici 22 gündür.
Avstriyanın Tehrandakı səfirliyi İrandakı konsulluq xidmətlərini dayandırıb
Səfirlik yayımladığı açıqlamada “aşılmaz maneə yaradan vəziyyət“ səbəbindən konsulluq xidmətlərinin növbəti xəbərdarlığa qədər dayandırıldığını bildirib. Açıqlamada “aşılmaz maneə”nin mahiyyəti və səbəbləri barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, Avstriyanın Tehrandakı səfirliyi ölkədə fəaliyyət göstərən Avstriya vətəndaşlarına konsulluq məsələləri ilə bağlı növbəti rəsmi xəbərdarlığa qədər xidmət təqdim etməyəcək.
İran ABŞ və müttəfiqlərinin “xaricdə sui-qəsd və qaçırma” ittihamlarını rədd edib
İran Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin İrana qarşı səsləndirdiyi “xaricdəki müxaliflərə, jurnalistlərə və rəsmi şəxslərə qarşı sui-qəsd və qaçırma siyasəti” ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.
25 ölkənin XİN rəhbərləri İsraili Qəzzadakı müharibəni dayandırmağa çağırıblar
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.