Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb
17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) uğurlu nəticələrlə yadda qalıb. Tədbir iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord qırıb. “WTDC-25”də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdan keçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən “WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə çevirib. Müqayisə üçün bildirək ki, “WTDC-2017” 1360 fiziki iştirakçı, “WTDC-2022” isə ümumilikdə 1763 iştirakçı ilə keçirilib.