Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
Rüstəm Minnixanov Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Tatarıstan Rəisi Azərbaycanın Birinci vitse-prezidentinə təbrik məktubu göndərib. O, Mehriban Əliyevaya və yaxınlarına möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb. Minnixanov onun dövlət, ictimai və xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirib. Mehriban Əliyevanın Azərbaycan cəmiyyətində əsas dəyərlərin qorunmasına göstərdiyi qayğı xüsusi vurğulanıb. Onun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq humanitar layihələrə də diqqət çəkilib. Minnixanov Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin hörmətə layiq olduğunu bildirib. O, Birinci vitse-prezidentə davamlı uğurlar, tükənməz ilham və güc arzulayıb.
Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub
Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşüb.
Rüstəm Minnixanov Kimdir?
Rüstəm Nurqaliyeviç Minnixanov 1 mart 1957-ci ildə Tatarıstan MSSR-nin Rıbnaya Sloboda rayonunun Yeni Arış kəndində anadan olub.
Ərdoğan Tatarıstan Prezidenti ilə görüş keçirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüş keçirib.
Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəlib
Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.