Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqro Baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilib. Bildirilib ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə ediblər.