7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Sahibə Qafarova Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

20 Dekabr 2025 15:20
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb


BAKI, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerVoice-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, parlament diplomatiyasının roluna xüsusi diqqət yetirilib. Parlamentin spikeri 2024-cü ilin aprelində Monteneqroya rəsmi səfərini və bu ölkədə keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluqla xatırladaraq, Monteneqro parlamentinin sədrlərinin müxtəlif dövrlərdə Azərbaycana səfərlərindən bəhs edib. Parlamentin spikeri, qanunverici orqanlar arasında təmasların, qarşılıqlı səfərlərin və parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, belə təmasların parlamentlərarası dialoqun inkişafında mühüm rol oynadığını bildirib. Bununla yanaşı, parlamentlərin profil komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu yüksək qiymətləndirib. O, ötən il Milli Məclis sədrinin Monteneqroya səfərinə görə təşəkkürünü bildirərək, bu səfərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.

2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu bildirən qonaq, dövlətlərarası əlaqələrin inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib. Ervin İbrahimoviç, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Milli Məclis #Monteneqro #Sahibə Qafarova #COP29 #Ervin İbrahimoviç #Yakov Milatoviç

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.