Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb. Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınlarının artırılması, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin araşdırılması məsələləri müzakirə olunub.