Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya Prezidenti Əhməd əş-Şaraa Almaniya şirkətlərinin nümayəndə heyəti ilə görüşdə ölkənin investisiya və yenidənqurma layihələrinə hazır olduğunu bildirib.
İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir
İsrail qüvvələri Suriyanın Qüneytrə vilayətinin Tərəncə kəndinə daxil olub. Hərbçilər kənddə yerləşən yaşayış evlərindən birində axtarış aparıblar. Basqının İsrail qüvvələrinin bölgəyə daxil olması zamanı həyata keçirildiyi bildirilir. Əməliyyatın nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Hadisə İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətlərinin davam etdiyi bir dövrdə baş verib. Suriya Prezidenti Əhməd əş-Şaraa isə Dəməşqin İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışdığını bildirib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə hərtərəfli sülhə yol aça bilər. Əş-Şaraa eyni zamanda Suriyanın işğal altındakı Colan yüksəkliklərinə hüququndan imtina etməyəcəyini vurğulayıb.
Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib
Prezident Əhməd əş-Şəraa vaxtilə kürdlərin rəhbərlik etdiyi, artıq ləğv olunmuş Suriya Demokratik Qüvvələrinin sabiq komandanı Məzlum Abdinin prezidentin müşaviri təyin edilməsi barədə fərman imzalayıb.
ABŞ İsrailin Suriyaya hava zərbələrindən “dərin narahatlıq” ifadə edib
ABŞ İsrailin Suriyanın Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi zərbələrdən dərin narahatlıq keçirdiyini açıqlayıb. ABŞ-nin Türkiyədəki səfiri və Suriya ilə İraq üzrə xüsusi prezident nümayəndəsi Tom Barrak hücumları lazımsız gərginlik adlandırıb. O bildirib ki, bu cür hərbi addımlar bölgədə sabitliyin möhkəmlənməsinə xidmət etmir. Barrak Əhməd əş-Şaraa hökumətinin İsrailə qarşı təcavüzkar mövqe tutmadığını vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, Suriya rəhbərliyi İsraillə gərginliyin azaldılmasına üstünlük verdiyini dəfələrlə nümayiş etdirib. Vaşinqton tərəfləri hərbi qarşıdurma əvəzinə dialoqa üstünlük verməyə çağırır. Əbu əz-Zuhur hərbi hava limanına səkkiz hava zərbəsinin endirildiyi, lakin insan itkisinin olmadığı bildirilir. Suriya hücumları suverenliyinin pozulması kimi qiymətləndirib, İsrail isə hələlik rəsmi açıqlama verməyib.
Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”
Suriya Prezidenti Əhməd əş-Şaraa Yeni ilin gəlişi münasibətilə Suriya xalqını təbrik edərək, ölkənin gələcəyinə nikbin baxdığını bildirib. Suriya prezidenti Əş-Şaraa “X” sosial platformasında paylaşdığı mesajda qeyd edib ki, yeni ilin başlanğıcı Suriyanın vahid, güclü və sabit dövlət kimi inkişafına ümid yaradır. “Yeni ilin başlanğıcı ilə böyük ümid və nikbinliklə parlaq gələcəyə baxırıq. Bu gələcəkdə Suriya vahid, güclü və sabit qalacaq, suriyalılar isə əl-ələ verərək ölkənin quruculuğunda və inkişafında iştirak edəcəklər. Qoy ölkənin hər guşəsində xeyir, sülh və harmoniya hökm sürsün,” – deyə Əş-Şaraa vurğulayıb.