ABŞ ictimai rəyində İsrailə dəstək zəifləyir
ABŞ ictimai rəyində İsraili Vaşinqton üçün yük hesab edənlərin sayının artması Təl-Əvivdə ciddi narahatlıq yaradıb. Bu fonda İsrailə yaxın analitik dairələr tərəfindən ABŞ-ın İsraildən uzaqlaşmasının regionda və qlobal miqyasda “xaos”a yol aça biləcəyi bildirilir. ABŞ-da aparılan son ictimai rəy sorğuları İsrailə dəstəyin xüsusilə gənc nəsil arasında kəskin şəkildə azaldığını göstərir. Məlumata görə, 18–24 yaş aralığında olan respondentlərin təxminən 60 faizi İsrailə qarşı Fələstin tərəfinin mövqeyinə daha yaxın olduqlarını bildirir. İsraili heç bir halda dəstəkləməyənlərin payı isə 50 faizdən yuxarı qiymətləndirilir.