Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır
Şərqi Asiyada təhlükəsizlik mühitinin sürətlə dəyişməsi, Çin və Şimali Koreyanın hərbi potensialının güclənməsi, habelə Pekin, Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşməsi fonunda Yaponiya müdafiə siyasətində yeni mərhələyə qədəm qoyur. İkinci Dünya müharibəsindən sonra qəbul edilən konstitusiyanın hərbi fəaliyyətə qoyduğu onilliklər boyu davam edən sərt məhdudiyyətlərdən sonra Tokio bu gün genişmiqyaslı regional böhranlar ehtimalına qarşı müdafiə və texnoloji imkanlarını artırmağa daha qərarlı görünür.
Ukrayna 500 km-dən artıq mənzilli raketlər əldə edəcək
Layihə Nightfall adlanır. Proqram çərçivəsində üç podratçı komanda seçiləcək. Hər komanda 9 milyon dollardan artıq dəyərində müqavilə alacaq və 12 ay ərzində sınaq buraxılışları üçün üç raket hazırlayıb təqdim etməlidir. London müqavilələri mart ayında bağlamağı planlaşdırır, şirkətlərdən təkliflər isə 9 fevrala qədər qəbul olunur. Britaniya Müdafiə Nazirliyi layihədə əsas prioritetin sürət və praktik tətbiq olduğunu vurğulayır. Nightfall sürətli prototiplərin hazırlanması, mərhələli təkmilləşdirmə, radioelektron mübarizə vasitələrinə davamlılıq və Böyük Britaniya ərazisində seriyalı istehsalın tez genişləndirilməsi imkanlarına yönəlib. Layihə Ukraynaya dəstək məqsədi daşısa da, əldə edilən texnologiyaların gələcəkdə Britaniyanın öz uzaqmənzilli zərbə proqramlarında da istifadə olunacağı bildirilir.