Təhsil və fürsətlər düzgün dəyərləndirilməlidir - “Invest Time” podkastının növbəti qonağı deputat Ceyhun Məmmədov oldu
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov UNEC–Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələrinin hazırladığı “Invest Time” podkastının ikinci buraxılışında gənclərlə açıq və səmimi söhbət aparıb. Deputat podkast zamanı gənclərin qarşısında duran əsas problemlər, fürsətlərin vaxtında dəyərləndirilməməsi və təhsilin həlledici rolu barədə fikirlərini bölüşüb. O bildirib ki, müasir dövrdə bilik və bacarıqların inkişafı yalnız fərdi uğur üçün deyil, bütövlükdə cəmiyyətin tərəqqisi üçün vacib şərtdir.