Hindistan hakim partiyası tərəfindən yerli müsəlmanları hədəf alan video yayımlanıb
Assam ştatında hakim Hindistan Xalq Partiyası tərəfindən paylaşılan süni intellektlə hazırlanmış video Hindistanda geniş ictimai qınağa səbəb olub. Video müsəlmanlara qarşı zorakılığı təbliğ etdiyi iddiaları fonunda qısa müddətdə sosial şəbəkələrdən silinib. 17 saniyəlik süni intellekt əsaslı video Assam ştatının baş naziri Himanta Bisva Sarmanın müsəlmanlara atəş açırmış kimi göstərilməsi ilə diqqət çəkib. “Point blank shot” başlığı ilə X sosial şəbəkəsində yayılan görüntülər şənbə günü sürətlə yayılıb, lakin müxalifət nümayəndələrinin və ictimaiyyətin sərt reaksiyasından sonra silinib.