Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik
Müharibəni alovlandıran və Müctəba Xameneinin İranın ali rəhbəri postuna gəlməsi ilə nəticələnən hava zərbələrindən altı ay keçməsinə baxmayaraq, ağır yaralanmış oğul Xamenei hələ də ictimaiyyət qarşısına çıxmır.
Tehranın pərdəarxası danışıqları – Qalibaf Vaşinqtonun yeni həmsöhbəti ola bilərmi?
Məhəmməd Baqir Qalibaf bir çox məqamlarda Əli Laricaninin xələfidir, lakin o, sağlığında yaxın olduğu Ali Rəhbər Əli Xameneyinin xələfi olmayacaq. Çünki "Vəliyyi-fəqih"in xələfi mütləq "Ayətullah" rütbəli din xadimi olmalıdır, Qalibafın isə ali dini təhsili yoxdur. Hazırda Parlament sədri olan Qalibaf, ABŞ Prezidenti Donald Trampın adını çəkmədən birbaşa danışıqlara çağırdığı şəxsə çevrilib. Bu, onu İranın gələcək liderliyinə ən güclü namizəd edir – təbii ki, əgər gələcəkdə vəziyyət dəyişməsə və o, "azmış" bir raketin və ya daxili sui-qəsdin qurbanı olmasa.
Məhəmməd Baqir Zülqədr İran Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi
İran Prezident Administrasiyasının İnformasiya məsələləri üzrə rəhbər müavini ölkənin təhlükəsizlik iyerarxiyasında mühüm dəyişikliyi açıqlayıb.
İran rejiminin sonu: Regional hegemonluqdan daxili çöküşə və hərbi iflasa doğru
Bundan qırx il əvvəl Pol Kennedi “Böyük dövlətlərin yüksəlişi və tənəzzülü... 1500-cü ildən 2000-ci ilə qədər” adlı görkəmli kitabını nəşr etdirdi. O, bu kitabda imperiyaların yüksəliş və süqut səbəblərindən bəhs edərək xəbərdarlıq edirdi ki, hər hansı bir böyük güc öz resursları, imkanları və daxili məhsuldarlığı arasında tarazlıq yarada bilməsə, gec-tez tənəzzül mərhələsinə qədəm qoyacaqdır. Kitabda bəhs edilən qədim böyük dövlətlərdən asılı olmayaraq, biz XX əsrdə Osmanlı, Britaniya və Rusiya/Sovet imperiyalarının süqutunun, o cümlədən Almaniya və Yaponiya cəhdlərinin qırılmasının şahidi olduq.
ABŞ-İran müharibəsi 2026: Niyə strateji hədəflərə çatmaq mümkün olmur?
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan iki həftə keçməsinə baxmayaraq, əldə olunan nəticələr müharibənin əsas strateji hədəflərinə çatmaqda çətinlik çəkdiyini göstərir. Genişmiqyaslı hava zərbələrinə rəğmən, Tehran rejimi hələ də ayaqdadır və bölgədəki hərbi gərginlik daha da mürəkkəbləşir.
İranın "kölgə lideri" Müctəba Xamenei kimdir?
İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneii ilə bağlı suallar dünya gündəmindədir. Müctəba Xameneyi (سید مجتبی حسینی خامنه ای) atası kimi rəsmi post tutmasa da, ölkənin olduqca güclü fiqurlarından biridir və atasının yerinə ən real namizəd hesab olunur.