Moskva Seulu “asimmetrik cavab”la hədələyib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Cənubi Koreyanın Ukraynaya silah tədarükü proqramlarına qoşulacağı təqdirdə rəsmi Seula qarşı sərt cavab addımlarının atılacağını bəyan edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Seulun NATO-nun PURL (Prioritised Ukraine Requirements List - Ukraynanın Prioritet Ehtiyacları Siyahısı) təşəbbüsünə qoşulma ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Zaxarova qeyd edib ki, Cənubi Koreyanın bu proqram çərçivəsində Ukrayna üçün silah alışı məqsədilə vəsait ayırması və ya hər hansı formada silah tədarükündə iştirakı Rusiya-Cənubi Koreya münasibətlərinə "sağalmaz zərbə" vuracaq.