Donald Tramp İrana qarşı əməliyyat zamanı 49 liderin öldürüldüyünü açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksək vəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb. Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb. “Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, - deyə Tramp əlavə edib.
İranın Hüquq-Mühafizə Komandanlığının təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü
İsrail və ABŞ-nin İrana hərbi hava hücumları nəticəsində İranın Hüquq-Mühafizə Komandanlığının Təhlükəsizlik Xidmətinin rəhbəri briqada-generalı Qulamrza Rzayian öldürülüb. Məlumata görə, sözügedən hərbi rəsmi ötən gün həyata keçirilən hücumlar nəticəsində ölüb.