Qara dənizdə Yunanıstan bayraqlı neft tankeri zərbəyə məruz qalıb
Maran Tankers Management şirkətinin açıqlamasına görə, “Maran Homer” adlı Yunanıstan bayraqlı neft tankeri Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumu terminalına Qazaxıstan neftini yükləmək üçün yaxınlaşarkən Rusiya ərazi sularında naməlum obyekt tərəfindən vurulub. Şirkətin məlumatına görə, hadisə nəticəsində gəmidə yalnız yüngül maddi ziyan qeydə alınıb. Ekipaj üzvlərinin təhlükəsiz olduğu və xəsarət alan olmadığı bildirilib.