Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Bütün bu amillər Körfəz monarxiyalarını Qərbdən asılı olmayan müstəqil təhlükəsizlik arxitekturası qurmağa məcbur edir.
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan qaz obyektinə hücumun baş vermədiyi barədə iddialarını rədd edib və hadisənin BMT-yə təqdim olunan rəsmi sənədlərlə qeydə alındığını bildirib.
Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib
Qətər İranın Hörmüz boğazından keçən Səudiyyə Ərəbistanına məxsus tankerə hücumunu pisləyib. Hücum nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Qətər Xarici İşlər Nazirliyi Hörmüz boğazından siyasi təzyiq və sövdələşmə vasitəsi kimi istifadə edilməsini qəti şəkildə rədd edib. Doha boğazın heç bir şərt irəli sürülmədən yenidən açılmasını tələb edib. Qətər İranın qardaş ölkələrin əmlakına qarşı “əsassız hücumlarını” dayandırmağa çağırıb. Bəyanatda Səudiyyə Ərəbistanı ilə tam həmrəylik ifadə olunub. Son hadisələr Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə davam edən gərginlik beynəlxalq enerji və ticarət yollarının təhlükəsizliyini yenidən gündəmə gətirib.
Hörmüz boğazında vəziyyət böhrandan əvvəlki səviyyəyə qayıtmalıdır - Qətər
Qətər Hörmüz boğazında vəziyyətin böhrandan əvvəlki səviyyəyə qaytarılmasını istəyir. Bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama verib. Doha boğazdan sərbəst gəmiçiliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Bölgədəki gərginlik beynəlxalq gəmiçilik üçün ciddi narahatlıq yaradıb. Qətər vəziyyətin normallaşdırılmasını əsas prioritetlərdən biri hesab edir. Doha regional gərginliyin diplomatik vasitələrlə azaldılmasını dəstəkləyir. Qətərin mövqeyinə görə, boğazda sərbəst və təhlükəsiz hərəkət bərpa edilməlidir.
Qətər beynəlxalq ictimaiyyəti İsrailli köçkünlərin hücumlarına qarşı tədbir görməyə çağırıb
Qətər işğal altındakı İordan çayının qərb sahilində İsrailli köçkünlərin fələstinlilərə qarşı hücumlarının artmasını pisləyib. Qətər Xarici İşlər Nazirliyi mülki şəxslərə qarşı sistemli zorakılığın beynəlxalq hüququ pozduğunu bildirib. Nazirlik bu hücumların İsrail ordusu və təhlükəsizlik qüvvələrinin himayəsi altında həyata keçirildiyini iddia edib. Qətərin açıqlamasında İsrail hökumətinin köçkünlərə daha çox hücum etmək imkanı yaratdığı bildirilib. Doha bu əməlləri açıq cinayətlər kimi qiymətləndirib. Qətər beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə və təcili tədbirlər görməyə çağırıb. İordan çayının qərb sahilində zorakılığın artması bölgədə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır. Qətərin bəyanatı fələstinli mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq çağırışların artdığı bir vaxtda verilib.
Qətər husilərin hücumları ilə bağlı Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib
Qətər Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyib və krallıqla həmrəy olduğunu bəyan edib. Doha mülki şəxslərin hədəfə alınmasını qəbuledilməz adlandıraraq, Səudiyyə Ərəbistanının təhlükəsizlik və suverenliyini dəstəklədiyini bildirib. Bəyanatda regionda sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.
Qətər İsrailli məskunlaşmaçıların İordan çayının qərb sahilindəki hücumlarını pisləyib
Qətər işğal altındakı İordan çayının qərb sahilində İsrailli məskunlaşmaçıların hücumlarını pisləyib. Xarici İşlər Nazirliyi bu hücumların İsrail hökumətinin siyasətinin nəticəsi olduğunu bildirib. Doha İsraili beynəlxalq hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə və hücumları dayandırmağa çağırıb. Qətər hücumları törədən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Nazirlik beynəlxalq ictimaiyyəti fələstinlilərin müdafiəsi üçün tədbirlər görməyə səsləyib. Bəyanatda Qətərin Fələstin məsələsinə dəstəyinin dəyişməz olduğu qeyd edilib. İsrail tərəfi hələlik açıqlamaya münasibət bildirməyib.
Qətər İranla bağlı 12 milyard dollarlıq iddianı təkzib edib
Qətər Xarici İşlər Nazirliyi İranla razılaşmanın yekunlaşdırılması üçün Tehrana 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Macid Əl-Ənsari ABŞ mənşəli sosial şəbəkə platformasında paylaşdığı açıqlamada iddiaların tamamilə əsassız olduğunu bildirib.
Hörmüz böhranı beynəlxalq miqyas alır - Qətərin mesajı kimədir?
Qətər Xarici İşlər Nazirliyi regiondakı gərginlik, İslamabad danışıqları və enerji təhlükəsizliyi ilə bağlı geniş və strateji bəyanatla çıxış edib. Nazirliyin rəsmi sözçüsü Hörmüz boğazının bağlanmasının qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayaraq bunun artıq regional deyil, beynəlxalq böhran xarakteri daşıdığını bildirib.
Müharibəni diplomatik yolla bitirən hər bir addımı dəstəkləyirik - Qətər XİN
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari ölkəsinin regionda davam edən müharibə ilə bağlı rəsmi mövqeyini açıqlayıb. O, Qətərin hər zaman münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu, lakin hazırda diqqəti yalnız öz suverenliyinin qorunmasına yönəltdiyini bildirib.