İran Trampın oğlunun öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib
İran dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat vəd edib. İran Radio və Televiziya Təşkilatının üçüncü kanalı tərəfindən yayımlanan videoda Barron Trampın gündəlik həyatı, təhsili, maraqları, mühafizəçiləri və getdiyi yerlərlə bağlı məlumatlar təqdim olunub. Videoda onunla əlaqəli olduğu iddia edilən bəzi ünvanlar da açıqlanıb.
Əli Xameneinin dəfn mərasiminə Tehranda 20 milyondan çox insanın qatılacağı gözlənilir
İranda Əli Xameneinin dəfn mərasiminə hazırlıq davam edir. Rəsmi məlumata görə, Tehrana 20 milyondan çox insanın gələcəyi gözlənilir. Bu rəqəm paytaxt əhalisinin sayını iki dəfədən çox üstələyir. Vida mərasimləri Tehrandan başqa Qum və Məşhəd şəhərlərində də keçiriləcək. Hər iki şəhərdə də çoxsaylı insanların iştirakı gözlənilir. Təhlükəsizlik və nəqliyyat tədbirləri gücləndirilib. Mərasimin ölkə tarixinin ən izdihamlı tədbirlərindən biri olacağı bildirilir.
Tehranın Texnologiya Universiteti hədəf alınıb
İran Dövlət Televiziyası paytaxt Tehranın qərbində yerləşən nüfuzlu Şərif Texnologiya Universitetinin hücuma məruz qaldığını xəbər verib. VOA xəbər verir ki, rəsmi məlumatda hadisə növbəti aqressiya kimi xarakterizə edilib.