İranın danışıqlara qayıtması mənim üçün maraqlı deyil - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, tətbiq edilən sanksiyalar və regional təhlükəsizlik məsələlərinə dair kəskin bəyanatlarla çıxış edib. VOA xəbər verir ki, prezident bildirib ki, İrana qarşı yeni blokada bazar ertəsi günündən etibarən qüvvəyə minəcək və digər dövlətlər də İranın neft satışının qarşısını almaq üçün fəal iş aparırlar.