Muzey Mərkəzində təsviri sənət üzrə Milli motivlər adlı ustad dərsi keçirilib
Dekabrın 23-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən media nümayəndələri üçün təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib. Layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir.
Biləsuvarda Zəfərin ruhu adlı foto və rəsm sərgisi keçirilib
Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə Biləsuvarda “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçirilib.