Fransa prezidenti Makron baş nazir Bayrunun istefasını qəbul edib
Fransa Prezidenti Emmanuel Makron, dünən Milli Məclisdə keçirilən etimad səsverməsində hökumətin etimadı qazana bilməməsinin ardından Baş nazir Fransua Bayrunun istefasını qəbul edib. Baş nazir Bayru istefasını Elysee Sarayında Prezident Makrona təqdim edib. Etimadsızlıq səsverməsində 364 deputat hökumətin əleyhinə, 194 deputat isə lehinə səs verib. 15 deputat isə bitərəf qalıb. Bu nəticə hökumətin süqutuna səbəb olub.
Fransada Sağçı Partiyanın Mərkəzinə Polis Basqını Olub
Fransanın radikal sağçı Milli Birlik Partiyasının (RN) sədri Jordan Bardella çərşənbə günü partiyanın Parisdəki baş qərargahına polis və hakimlər tərəfindən reyd keçirildiyini açıqlayıb.