Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır
Yaxın Şərqdəki qeyri-müəyyənlik və neft qiymətlərinin artması qlobal inflyasiya narahatlığını gücləndirib. Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3 faizə yüksələrək 1996-cı ildən bəri ən yüksək göstəriciyə çatıb. Qlobal istiqraz bazarlarında genişmiqyaslı satış dalğası müşahidə olunur. İnvestorlar yüksək enerji qiymətlərinin inflyasiyanı sürətləndirə biləcəyindən ehtiyat edirlər. Bu vəziyyət mərkəzi bankların faiz dərəcələrini artıracağı ilə bağlı gözləntiləri gücləndirir. ABŞ, Böyük Britaniya və Avropada da istiqraz gəlirlilikləri yüksəlib. Yüksək faizlər xüsusilə böyük borc yükü olan ölkələrin maliyyəsinə əlavə təzyiq yaradır.
Hörmüz boğazında sabitlik nə vaxt təmin oluna bilər?
Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti tədricən artsa da, risklər qalmaqdadır. Təhlilçi Aleks Əlfirraz Şirs bildirib ki, bu artım dünya iqtisadiyyatı üçün müsbət siqnaldır. Bununla belə, onun sözlərinə görə, ABŞ ilə İran arasında aparılan danışıqlar hələ yekun nəticə verməyib. Hörmüz boğazının gələcək statusu ilə bağlı qeyri-müəyyənlik davam edir. Təhlilçi hesab edir ki, danışıqlar uğursuz olarsa, İran bu boğazdan təzyiq vasitəsi kimi istifadə edə bilər. O, bölgədə sabitliyin yalnız uzunmüddətli razılaşma ilə mümkün olacağını bildirib. Hörmüz boğazı dünya enerji və ticarət marşrutlarının əsas nöqtələrindən biri olaraq qalır.
G7-nin mənfi nəticələri - Əsl zərəri kimlər görür?
Fransanın Evian şəhərində keçirilən Böyük Yeddilik (G7) sammiti təkcə dünya iqtisadiyyatı və siyasətinin aktual məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də qlobal güc balansının formalaşdırıldığı, beynəlxalq sistemdə dövlətlərin yerinin yenidən müəyyənləşdirildiyi mühüm mərkəz kimi qiymətləndirilir.
Müharibənin sonu yaxınlaşır? Trampdan yeni açıqlama
ABŞ Prezidenti Donald Trump müharibənin uzun çəkməyəcəyini və onun başa çatmasından sonra neft qiymətlərinin düşərək inflyasiyanın azalacağını bildirib. O, enerji bazarında böyük “neft axını” yaranacağını və fond bazarlarında yüksəliş gözləndiyini vurğulayıb.