Avropa Şurası miqrant siyasətini dəyişirmi? - Yeni qərar deportasiya qaydalarını sərtləşdirəcək?
Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında üzv dövlətlər insan hüquqları ilə bağlı bəzi müddəaların yeni şərhini dəstəkləyiblər. Qərar əsasən qeyri-qanuni miqrasiyanın idarə olunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və üçüncü ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.