İran Prezidenti “bütün yolların açıq olduğunu” bildirib, diplomatiyada “qarşılıqlı hörmətə” çağırış edib
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran beynəlxalq öhdəliklərinə sadiq qalır və müharibənin qarşısını almaq üçün bütün mümkün diplomatik yolları araşdırır. O vurğulayıb ki, İranı təzyiq yolu ilə təslim etməyə çalışmaq yalnız illüziya xarakteri daşıyır və nəticə verməyəcək. Prezident diplomatiyanın əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, qarşılıqlı hörmət əsasında aparılan diplomatik yanaşma müharibədən daha ağıllı, daha təhlükəsiz və daha dayanıqlı nəticələr təmin edə bilər.
İran Hörmüz Boğazında yeni qaydalar tətbiq edə bilər
İran rəsmisi Hörmüz boğazında yeni idarəetmə mexanizminin hazırlanaraq yaxın zamanda elan ediləcəyini bildirib. Rəsmi açıqlamaya görə, müəyyən xidmətlərə görə ödənişlərin tətbiqi də nəzərdə tutulur.