Türkiyədə Yüksək Hərbi Şura toplanacaq
Türkiyədə Yüksək Hərbi Şuranın (YAŞ) növbəti iclası avqustun 4-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində keçiriləcək. İclasda Türkiyə Silahlı Qüvvələrində (TSQ) rütbə yüksəlişləri, yeni təyinatlar və təqaüdə göndərilmələrlə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Türkiyənin diplomatik səyləri İranı parçalama planının qarşısını aldı - Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İran daxilində parçalanma yaratmağa yönəlik planlarının Türkiyənin diplomatik təşəbbüsləri və Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar nəticəsində uğursuz olduğunu bildirib.
Türkiyə bərpa olunan enerji sahəsində rekord göstəriciyə imza atır – 6 milyardlıq layihələrin açılışını Ərdoğan edəcək
Enerjidə tam müstəqillik strategiyasını həyata keçirməyə davam edən Türkiyə bərpa olunan enerji sahəsində növbəti mühüm mərhələyə qədəm qoyur. İyunun 3-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il ərzində tikintisi başa çatdırılan və istismara verilən enerji obyektlərinin rəsmi açılış mərasimi keçiriləcək.