Samsung Galaxy Z Fold8 qısa icmalı
Yeni qatlanan Samsung Galaxy Z Fold8 smartfonu 4:3 tərəf nisbətli displey əldə edib. Bunun nə üçün belə vacib olduğunu və yeniliyin daha hansı xüsusiyyətlər təklif etdiyini danışırıq. Koreyanın Samsung şirkəti nəhayət ki, özünün yeni qatlanan Galaxy Z Fold8, Z Fold8 Ultra və Z Flip8 smartfonlarını təqdim etdi. Özü də anons edilən qadcetlər arasında ən maraqlısı heç də "ultimativ" Fold8 Ultra deyil, sadəcə Galaxy Z Fold8 adını daşıyan smartfon oldu.
Orta seqment Galaxy A27 5G smartfonunu rəsmi olaraq təqdim edilib
Qlobal smartfon bazarının lider istehsalçılarından olan Cənubi Koreyanın "Samsung" brendi, geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuş və qiymət-performans balansı ilə seçilən populyar "Galaxy A" seriyasının növbəti yeni nümayəndəsini – "Samsung Galaxy A27 5G" modelini rəsmi olaraq ictimaiyyətə nümayiş etdirib. Orta səviyyəli mobil cihazlar seqmentində rəqabəti xeyli gücləndirəcək bu yeni smartfon, həm müasir beşinci nəsil şəbəkə (5G) dəstəyi, həm Qualcomm şirkətinin yeni prosessor arxitekturası, həm də süni intellekt əsaslı çoxsaylı proqram funksiyaları ilə diqqət çəkir.
Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz
"Xiaomi 17T" - Bu model bazarda "əlçatan flaqman" kimi mövqeləndirilir — bu, büdcəli həllərlə qiyməti çox vaxt süni şəkildə şişirdilmiş flaqmanlar arasında qızıl ortadır. "Xiaomi 17T" istifadəçilərə çox yüksək məhsuldarlıq səviyyəsi, teleobyektivli kamera vasitəsilə genişləndirilmiş çəkiliş imkanları və yüksək muxtariyyət (uzun batareya ömrü) təklif edir. Özü də bütün bunları sadəcə brendin imicinə görə əlavə pul ödəmədən əldə etmək mümkündür. Şirkət digər top istehsalçıların baza modellərini öz məhsuluna birbaşa rəqib görür. Beləliklə, istehsalçı bu modelin hədəf auditoriyasını estetikaya önəm verən, lakin eyni zamanda praqmatik olan və texnologiyadan xərclədiyi hər bir qəpiyin qarşılığını tam almaq istəyən istifadəçilərdə görür.