Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb
Hörmüz boğazından keçən yük gəmilərinin sayı son günlərdə əhəmiyyətli dərəcədə azalıb.Bu barədə VOA məlumat verir ki,çərşənbə günü boğazdan cəmi 6 əmtəə daşıyan gəmi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan 11 gəmidən xeyli azdır.
Hörmüz boğazında tanker hərəkəti kəskin azalıb
ABŞ və İran arasında artan gərginlik Hörmüz boğazında gəmi hərəkətinin azalmasına səbəb olub. Tankerlərin keçidi son iki ayın ən aşağı səviyyəsinə düşüb. Bir sıra gəmilər təhlükəsizlik səbəbindən izləmə sistemlərini söndürür. Kpler şirkətinin məlumatına görə, neft və qaz tankerlərinin hərəkəti mayın 25-dən bəri ən aşağı göstəricidədir. Ekspertlər bildirirlər ki, Hörmüz boğazının uzun müddət bağlanması qlobal enerji təchizatına ciddi təsir göstərə bilər. Belə vəziyyət neft qiymətlərinin artmasına və tanker bazarında problemlərə səbəb ola bilər. Hörmüz boğazındakı vəziyyət beynəlxalq enerji bazarları tərəfindən diqqətlə izlənilir.
Hörmüz boğazında gəmi keçidləri azalmaqda davam edir
Dəniz nəqliyyatını izləyən Kpler şirkətinin məlumatına görə, Hörmüz boğazında gəmi hərəkəti ikinci gündür azalır. İyulun 9-da boğazdan 22 gəmi keçidi qeydə alınıb ki, bu da əvvəlki günlə müqayisədə aşağı göstəricidir. Şirkət bildirib ki, iyulun 7-dən sonra heç bir gəmi yeni hücuma məruz qalmadığı üçün fəaliyyət əsasən aşağı riskli olaraq qalır. Operatorlar İran marşrutuna üstünlük verirlər, Oman istiqamətində isə cəmi bir keçid baş verib. Hörmüz boğazındakı hərəkətlilik qlobal enerji bazarları tərəfindən diqqətlə izlənilir. Bölgədə gərginliyin artması neft və qaz təchizatında əlavə risklər yarada bilər.