Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Mā'ohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının lideri Oskar Temaru ölkəsinin onilliklər boyu davam edən Fransa müstəmləkəçiliyinə son qoyacağını və suveren dövlət kimi tanınması istiqamətində beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcəklərini qeyd edib. Oskar Temaru Mā'ohi Nui-nin tam suverenliyi ilə bağlı bəyanat hazırlayıb. Sözügedən bəyanat oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək.
Bakı Təşəbbüs Qrupu 9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı məlumat yayıb
9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü yalnız Yerli Xalqların mədəniyyət və irsini qeyd edən tarix deyil, həm də müstəmləkəçiliyin yaratdığı tarixi ədalətsizlikləri və onun bu gün də davam edən ağır nəticələrini xatırladan mühüm gündür. Fransa və Niderland kimi müstəmləkəçi dövlətlər əsrlər boyu əsarət altında saxladıqları yerli xalqların fundamental hüquqlarını, mədəni və dil kimliklərini bu gün də sistemli şəkildə tapdalamaqda, öz müqəddəratını təyin etmək tələblərini görməzdən gəlməkdə, əhalini zorakı assimilyasiya siyasətinə məruz qoymaqda, sahib olduqları ərazilərin təbii sərvətlərini istismar etməkdə və torpaqlarını mənimsəməkdə davam etməkdədirlər.