Yəməndə ərzaq böhranı dərinləşir
Yəməndə husilərin fəaliyyətinin genişlənməsi və quraqlıq ərzaq təhlükəsizliyi böhranını daha da ağırlaşdırıb. Ölkənin dörd əyalətinin aclıq həddinə bir pillə qaldığı bildirilir.Bu barədə VOA məlumat verir. Məlumata görə, husilərin Əl-Moxa limanına hücumları ticarət əməliyyatlarını və təchizat zəncirlərini pozaraq ərzaq təminatına əlavə təzyiq yaradıb.
Husilərin hücumları nəticəsiz qalmayacaq - Yəmən hökuməti
Yəmən Prezident Administrasiyasının Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi İranın dəstəklədiyi husilərin son hücumlarının beynəlxalq ictimaiyyət üçün ölkədə sülhün qorunmasına sadiqliyin yeni sınağı olduğunu bildirib. Əl-Əlimi Ər-Riyadda Yəməndə sülh prosesinə dəstək verən ölkələrin səfirləri ilə görüşündə hökumətin son eskalasiyanı başlatmadığını və qarşıdurma yaratmağa çalışmadığını vurğulayıb.