Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb
Suriyanın əsasən kürdlərin yaşadığı şimal-şərqində yerləşən Həsəkə şəhərində məhkəmə binasının qarşısında baş verən partlayış nəticəsində iki nəfər ölüb. SANA dövlət xəbər agentliyinin məlumatına görə, hadisə cümə günü baş verib. Təhlükəsizlik mənbəyi partlayışın əl qumbarasının partlaması nəticəsində baş verdiyini bildirib.
Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı
Suriyanın şimal və şərqində 10 ildən artıq davam edən faktiki vəziyyətin sona çatdığı açıqlanıb. SDQ-nin məsul şəxsi Fərhat Abdi Şahin təşkilatın Suriya dövlətinin hərbi, təhlükəsizlik və inzibati strukturlarına inteqrasiyasının başa çatdığını bildirib. Qamışlı şəhərində keçirilən mərasimdə çıxış edən Şahin 29 yanvarda başlayan prosesin tamamlandığını və yeni mərhələyə keçildiyini elan edib. O, Kürd əhalisinin hüquqlarının Suriya Konstitusiyasında rəsmiləşdirilməsi istiqamətində siyasi səylərin davam etdiriləcəyini bildirib.