Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?
Nigerin paytaxtı Niameydə üsyançıların hərbi bazaya və strateji obyektlərə hücumundan sonra vəziyyət nəzarətə götürülüb. Niger ordusu əsas hava bazasında nəzarəti bərpa edib, şəhərdə isə sakitlik yaranıb. Hücum zamanı hərbçilərin bəzi əsgərləri saxlamğa çalışdığı, daha sonra isə paytaxtdakı strateji mövqelərə atəş açıldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra üsyançıların hücumu dəf edilib və barrikadalar aradan qaldırılıb.
Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN
Niger Müdafiə naziri general Salifu Modi paytaxt Niameydə baş verən hərbi hərəkətliliyin nəzarət altına alındığını və təhlükəsizlik qüvvələrinin hədəfə alınan strateji məntəqələr üzərində nəzarəti bərpa etdiyini açıqlayıb. Nazir bildirib ki, bir qrup hərbçi “hərbi nizamdan ayrılaraq” Niameydəki 101 saylı hərbi bazada bəzi silahdaşlarını saxlamağa cəhd edib. Daha sonra qrup paytaxtın bəzi strateji məntəqələrinə atəş açıb.
Nigerin paytaxtında nə baş verir? Prezident sarayına hücum cəhdi
Nigerin paytaxtı Niameydə səhər saatlarında bir neçə ərazidə güclü atəş səsləri və partlayışlar qeydə alınıb. Hücumçuların Diori Hamani Beynəlxalq Hava Limanını və Prezident Sarayının təhlükəsizlik zonasını hədəf aldığı bildirilir.