Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq
Səudiyyə Ərəbistanı 2034-cü ildə Ər-Riyadda keçiriləcək Asiya Oyunları və Olimpiya perspektivində idman strategiyasını yeniləyərək 11 idman növünə fokuslanacaq.VOA xəbər verir ki,Səudiyyə Olimpiya və Paralimpiya Komitəsinin baş icraçı direktoru və baş katibi Əbdüləziz Baeşen yeni strategiyanı sentyabrın 2-də keçirilən idman konfransında açıqlayıb.
Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Baş Assambleyası bazar günü keçirilən növbədənkənar iclasında Bədr ər-Rəzizəni 2026–2030-cu illəri əhatə edən 6-cı dövr üçün İdarə Heyətinin sədri vəzifəsinə yekdilliklə (təzkiyə yolu ilə) seçib. O, bu postda Yasir əl-Mişalı əvəzləyib. Seçki Komissiyasının sədri Əhməd əl-Quneyan seçki prosedurlarının tamamlanmasından sonra ər-Rəzizənin siyahısının təsdiqləndiyini və yeni İdarə Heyətinin 4 illik səlahiyyət müddətinə başladığını elan edib.