5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Baş Assambleyası bazar günü keçirilən növbədənkənar iclasında Bədr ər-Rəzizəni 2026–2030-cu illəri əhatə edən 6-cı dövr üçün İdarə Heyətinin sədri vəzifəsinə yekdilliklə (təzkiyə yolu ilə) seçib. O, bu postda Yasir əl-Mişalı əvəzləyib. Seçki Komissiyasının sədri Əhməd əl-Quneyan seçki prosedurlarının tamamlanmasından sonra ər-Rəzizənin siyahısının təsdiqləndiyini və yeni İdarə Heyətinin 4 illik səlahiyyət müddətinə başladığını elan edib.

30 Avqust 2026 18:57
Bədr ər-Rəzizə  Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Baş Assambleyası bazar günü keçirilən növbədənkənar iclasında Bədr ər-Rəzizəni 2026–2030-cu illəri əhatə edən 6-cı dövr üçün İdarə Heyətinin sədri vəzifəsinə yekdilliklə seçib. O, bu postda Yasir əl-Mişalı əvəzləyib. Seçki Komissiyasının sədri Əhməd əl-Quneyan seçki prosedurlarının tamamlanmasından sonra ər-Rəzizənin siyahısının təsdiqləndiyini və yeni İdarə Heyətinin 4 illik səlahiyyət müddətinə başladığını elan edib.

Seçildikdən sonra çıxış edən ər-Rəzizə sabiq prezident Yasir əl-Mişala təşəkkürünü bildirərək deyib: "Xüsusi nitq hazırlamamışdım, çünki əsas məqsədim bir şeyi demək idi: Təşəkkürlər, Yasir əl-Mişal! Sizinlə və həmkarlarınızla keçən 7 il qısa bir dövr deyildi".

Öz növbəsində Yasir əl-Mişal ötən yeddi ilin Səudiyyə idmanına xidmət edən komanda işi olduğunu vurğulayıb: "İdarə Heyətindəki həmkarlarımla birlikdə Səudiyyə idmanına xidmət etməkdən şərəf duyduq. Qazanılan hər bir uğur hamının birgə səyinin nəticəsidir". Əl-Mişal 7 illik fəaliyyəti bir neçə dəqiqəyə sığdırmağın çətin olduğunu qeyd edərək idman sahəsinə göstərilən böyük dəstəyə görə İki Müqəddəs Ocağın Xadimi Krala və Vəliəhd Şahzadəyə minnətdarlığını bildirib.

Əl-Mişal həmçinin Səudiyyə Federasiyasının dünya üzrə 200-dən çox futbol federasiyası ilə güclü əlaqələrə malik olduğunu, bu federasiyaların rəhbər və baş katiblərinin məlumat bazasının mütəmadi olaraq yeniləndiyini açıqlayıb.

Baş Assambleyanın iclasında Əsasnamənin 23-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq iclas protokolunu yoxlamaq üçün 3 nümayəndə təyin edilib: "Muhayil" klubunun nümayəndəsi Dr. İbrahim əl-Muhayili, "Mudar" klubunun nümayəndəsi Adil əs-Sətri və "Əl-Vətən" klubunun nümayəndəsi Xalid əl-Həzimi.

Bundan əlavə, Əsasnamənin 23-cü maddəsinin 5-ci bəndinə əsasən, səslərin sayılması prosesinə nəzarət üçün 3 müstəqil müşahidəçi təsdiqlənib: Səudiyyə Gimnastika Federasiyasının baş icraçı direktoru Əmr Hüseyn, Səudiyyə Hokkey Federasiyasının baş icraçı direktoru Əbdülilah əl-Meymun və Səudiyyə Kiberidman Federasiyasının baş icraçı direktoru Rəvan əl-Buteyri.

Məqalədə: #Yasir əl-Mişal #Səudiyyə Ərəbistanı Futbol Federasiyası #Bədr əl-Bədr #Bədr ər-Rəzizə #Səudiyyə idmanı #Bədr ər Rəzizə Səudiyyə Futbol Federasiyası prezidenti #Yasir əl Mişal Səudiyyə futbolu istefa və təhvil #Səudiyyə Ərəbistanı Futbol Federasiyası Baş Assambleyası #Səudiyyə futbol idarə heyəti seçkiləri 2026 2030 #Əhməd əl Quneyan seçki komissiyası sədri #Səudiyyə idmanı və futbol islahatları #Badr Al Reziza elected Saudi Arabian Football Federation president #Yasser Al Misehal ends 7 year SAFF presidency #Saudi Arabian Football Federation General Assembly 2026 #End of a seven-year era: Badr Al-Reziza elected head of Saudi Football Federation until 2030 #Unanimous backing at General Assembly: Inside the leadership transition at SAFF

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

3 Sentyabr 14:45

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.