Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib
Çin Prezidenti Si Cinpin Yaxın Şərqdə xarici müdaxilənin rədd edilməsinə çağırıb. O, xarici qüvvələrin bölgəyə münasibətdə ikili yanaşmadan imtina etməli olduğunu bildirib. Çin lideri bu fikirləri Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı səsləndirib. Açıqlama barədə Çinin dövlət xəbər agentliyi “Sinxua” məlumat yayıb. Si Cinpin bölgə məsələlərində Yaxın Şərq ölkələrinin mövqeyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, xarici qüvvələrin müdaxiləsinin bölgədəki vəziyyətə təsirinə diqqət çəkib. Çin Prezidentinin açıqlaması Yaxın Şərqdə hərbi və siyasi gərginliyin artdığı bir vaxta təsadüf edir. Görüşdə bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur
Çin Prezidenti Si Cinpinin Misirə səfəri Pekinlə Qahirə arasında iqtisadi və diplomatik əlaqələrin möhkəmləndirilməsindən daha geniş məna daşıyır. VOA xəbər verir ki, Çin ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Misirlə əlaqələrini genişləndirərək regionda təsir imkanlarını artırmağa çalışır. Si Cinpin səfər çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək