Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.
Saxta sosial media hesabları "Qatar Airways"in adından istifadə edir
"Qatar Airways" aviaşirkəti aviaşirkətin adından istifadə edərək şəxsi məlumatları tələb edən dələduz sosial media hesabları ilə bağlı içtimaiyyətə xəbərdarlıq edib.
Həməd, Doha və Rüveys limanları Qətəri logistika mərkəzinə çevirir
Qətərin dənizçilik sektoru 2026-cı ilin ilk altı ayında güclü əməliyyat göstəriciləri nümayiş etdirib. Ölkə limanları 493 mindən çox TEU (20 futluq ekvivalent vahidi) konteyner və təxminən 273 min ton ümumi yük qəbul edib. Bu göstəricilər ölkənin logistika və tədarük zəncirinin davamlı gücünü vurğulayır.
Qatar Airways-dən möhtəşəm uğur
“Qatar Airways” qlobal aviasiya sənayesində növbəti nüfuzlu zirvəni fəth edərək, dünyanın emissiya baxımından ən səmərəli böyük aviaşirkəti (“World’s Most Emission-Efficient Large Carrier”) adına layiq görülüb. Bu mükafat aviaşirkətin ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və davamlı aviasiya yanacağından istifadə sahəsindəki qətiyyətli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasıdır.
Qatar Airways BƏƏ və Suriyaya uçuşları bərpa edir
"Qatar Airways" aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Suriyaya gündəlik uçuş xidmətlərini rəsmi olaraq bərpa etdiyini elan edib. Bu addım regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və sərnişinlərə daha çox səyahət seçimi təqdim edilməsi məqsədi daşıyır.
Qatar Airways Avropaya səyahət edənlər üçün yeni qaydalar barədə xəbərdarlıq etdi
Qətərin milli aviaşirkəti Qatar Airways Avropaya səfər planlaşdıran sərnişinlər üçün 12 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minəcək yeni giriş-çıxış qaydaları ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Məlumata görə, dəyişiklik Avropa İttifaqının (Aİ) Şengen zonası ölkələrində tətbiq olunacaq yeni “Giriş/Çıxış Sistemi” (Entry/Exit System – EES) ilə əlaqədardır. Sistem, Şengen zonasına daxil olan ölkələrə səfər edən qeyri-Aİ vətəndaşlarının sərhədlərdə yoxlanış prosedurlarını rəqəmsallaşdıracaq.
Azərbaycan Qran Prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ABŞ-da bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub. Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.
"Formula 1" yarışları zamanı azarkeş zonasına keçirilməsi qadağan olan əşyaların siyahısı açıqlandı
Daxili İşlər Nazirliyi (DİN) "Formula 1" yarışları zamanı azarkeş zonasına keçirilməsi qadağan edilən əşyaların siyahısını açıqlanıb.Bu gündən start götürən "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025" yarışlarının maneəsiz və təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə müəyyən əşyaların azarkeş zonasına keçirilməsi qadağandır.
“Qatar Airways” Suriyaya uçuşlar həyata keçirəcək
"Qatar Airways" Suriyaya uçuşlar həyata keçirəcək.
Qatar Airways Dəməşqə uçuşları bərpa edəcək
Qatar Airways 7 yanvar 2025-ci il tarixindən etibarən Suriyanın paytaxtı Dəməşqdə yerləşən Dəməşq Beynəlxalq Hava Limanına həftədə üç uçuş həyata keçirəcəyini açıqlayıb.