6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi

13 May 2025 12:02
Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi

BAKI, AzerVoice

Qətər kral ailəsi ABŞ prezidenti Donald Trampa lüks Boeing 747-8 təyyarəsi hədiyyə edib.

AzerVoice xəbər verir ki, Qətər kral ailəsinin ABŞ prezidentinə təqdim etdiyi 400 milyon dollarlıq xüsusi dizaynlı Boeing 747-8 tipli jumbo təyyarənin görüntüləri yayımlanıb.

Ekspertlər bu hava gəmisini "səmada uçan saray" kimi xarakterizə edir və onun dünyanın ən dəbdəbəli prezident təyyarələrindən biri olduğunu bildirirlər.

Xüsusi interyerə sahib bu təyyarə daha əvvəl Qatar Airways-in dövlət səviyyəli xidmətlər üçün istifadə etdiyi parkda yer alıb və əsasən kral ailəsinin üzvlərini və yüksək rütbəli qonaqları daşıyıb. İndi isə ABŞ Müdafiə Nazirliyinə təhvil verildikdən sonra, Donald Trampın prezidentliyi dövründə Air Force One təyyarəsi əvəzlənənədək müvəqqəti olaraq istifadə ediləcək.

Təyyarədə lüks yataq otaqları, duşlu vanna otaqları, şəxsi kabinet, geniş yemək və istirahət salonları, doqquz tualet, beş mini mətbəx və yüksək səviyyəli texniki imkanlar mövcuddur. İçi Fransanın məşhur dizayn evi Alberto Pinto Cabinet tərəfindən dizayn edilib və qızılı mebellərlə, dəri oturacaqlarla, əl işləri xalçalarla təchiz olunub.

Boeing 747-8, kommersiya versiyalarında 460-dan çox sərnişin daşımaq qabiliyyətinə malik olsa da, bu xüsusi konfiqurasiya təxminən 90 sərnişin və 14 ekipaj üzvü üçün nəzərdə tutulub. Təyyarənin texniki imkanları və dizaynı onu həm təhlükəsizlik, həm də komfort baxımından ən yüksək səviyyəyə çıxarır.

Prezident Tramp Truth Social platformasında yaydığı açıqlamada bildirib ki, Boeing-in yeni nəsil Air Force One təyyarəsinin istehsalı gecikdiyinə görə bu təyyarə müvəqqəti həll kimi istifadə ediləcək.

Qeyd edək ki, Boeing-in ABŞ prezidenti üçün hazırladığı yeni Air Force One təyyarələrinin ilkin olaraq 2024-cü ildə təqdim edilməsi planlaşdırılsa da, layihənin həm maliyyə, həm də texniki səbəblərlə 2027-ci ilə qədər təxirə salındığı bildirilir.

Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi Qətər kral ailəsindən Trampa jest - lüks Boeing təyyarəsi
Məqalədə: #Səudiyyə Ərəbistanı #ABŞ #Qətər #Donald Tramp #Boeing #Qatar Airways #Trampın siyasətləri #sosial media platforması Truth

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.