Suriya Xarici İşlər Naziri bu gün Türkiyəyə səfər edəcək
Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan həmkarını qəbul edəcək və daha sonra iki nazir birgə mətbuat konfransı keçirəcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Suriya XİN rəhbəri Şeybani 25 ildən sonra ilk dəfə Vaşinqtona səfər edir
Şeybaninin Vaşinqtona bu səfəri 25 ildən artıq müddətdən sonra bir Suriya xarici işlər nazirinin ABŞ-a ilk səfəri olacaq. Səfər həm də ABŞ-ın İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması əldə etmək üçün vasitəçilik cəhdləri fonunda baş tutur.
Suriya İsraillə təhlükəsizlik müqaviləsi xəbərlərini inkar edib
Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib. Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib. Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.
Suriyanın xarici işlər naziri Parisdə İsrail naziri Dermer ilə görüşüb
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Direktoru Hossein Salame Fransanın paytaxtı Parisdə İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşüblər. Xarici mənbələr bildirir ki, görüş zamanı tərəflər Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəni parçalamaq məqsədi daşıyan layihələrə qarşı olduqlarını bir daha təsdiqləyiblər. Sveydanın Suriyanın ayrılmaz hissəsi olduğu və druz vətəndaşlarının milli toxumanın vacib elementi olduğu vurğulanıb. Görüşdə Suriyanın cənubunda humanitar vəziyyət müzakirə olunub, tərəflər Sveyda və Bədəvi xalqlarına yardımı artırmaq və onların çətin həyat şəraitini yüngülləşdirmək barədə razılığa gəliblər. Həmçinin 1974-cü il atəşkəs razılaşmasının yenidən aktivləşdirilməsi və İsrailin Suriya ərazilərinə müdaxiləsinin dayandırılması üçün mexanizmin yaradılmasının zəruriliyi qeyd olunub.
Türkiyə və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq sənədi imzalandı
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, rəsmi səfərlə Ankaraya gələn Suriya Müdafiə Naziri Murhef Əbu Kasra, Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn əl-Səlimə ilə bir araya gəlib. Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayılan məlumata görə, görüş Milli Müdafiə Nazirliyinin binasında baş tutub və ikitərəfli, həmçinin regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.
Suriya XİN rəhbəri İsrailin təhdidlərini ölkəsinin suverenliyinə qarşı addım adlandırdı
Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.
Yeni Suriya bütün xalqların və mədəniyyətlərin birgə yaşadığı bir ölkə olmalıdır - Hakan Fidan
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib. Nazir Fidan çıxışında Suriyada yeni bir dövrün başladığını bildirib. Onun sözlərinə görə, bu yeni prosesdən narahat olan bəzi qüvvələr vəziyyəti mənfi istiqamətə yönəltməyə çalışır. Fidan bildirib ki, Süveyda bölgəsində baş verən hadisələrdə əsas rol oynayan qüvvələrdən biri İsraildir və İsrail bölgədə nüfuzunu genişləndirməyə çalışır.
Türkiyə-Suriya arasında ikitərəfli və regional məsələlər gündəmdədir
Xarici İşlər Nazirliyi Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin bu gün Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, son aylarda Ankara və Dəməşq arasında əlaqələrin normallaşdırılması istiqamətində intensiv diplomatik danışıqlar aparılır.
İordaniya Suriya və ABŞ Suriyadakı böhranın həlli üçün danışıqları davam etdirir
İordaniya Haşimilər Krallığının ev sahibliyi ilə bu gün Əmmanda İordaniya-Suriya-ABŞ üçtərəfli görüşü başlayıb. İordaniya Xarici İşlər və Qürbətçilər Nazirliyində keçirilən toplantıda Suriyadakı mövcud vəziyyət və ölkənin yenidən qurulması prosesinə dəstək yolları müzakirə olunur. PETRA agentliyinin məlumatına görə, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak, həmçinin üç ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak edir. Toplantı, 8 iyulda Suriyanın cənubunda daimi sülhün yaradılması məqsədilə başlanan danışıqların davamıdır.
Şeybani Putin ilə görüş keçirib
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və onu müşayiət edən nümayəndə heyəti Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Səfər çərçivəsində Şeybani həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb.
Lavrov və Şeybani Moskvada Suriya-Rusiya əməkdaşlığını müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlər, Suriyanın bərpası və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Suriya, İsrail və ABŞ Parisdə görüşəcək
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.