ABŞ İraq–Suriya neft kəməri layihəsinə dəstək verir
ABŞ İraq və Suriya ilə yeni neft kəməri layihəsi üzərində işləyir. Layihə Kərkükü Suriyanın Baniyas limanı ilə birləşdirməyi nəzərdə tutur. Məqsəd İraqın neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirməkdir. Təxminən 800 kilometrlik köhnə neft kəmərinin yenidən qurulması planlaşdırılır. Razılaşmanın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Layihənin iki-üç ilə başa çatacağı bildirilir. Tikinti işlərinə ABŞ şirkətlərinin cəlb olunduğu qeyd edilir. Layihə regionun enerji marşrutlarına təsir göstərə bilər.
Neft ixracı İraq-Türkiyə kəməri ilə bərpa olunmalıdır - Sudani
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani neft ixracının İraq-Türkiyə boru kəməri ilə bərpa edilməli olduğunu deyib.
Türkiyə Kərkükdəki Gərginlikləri Ciddi Şəkildə İzləyir
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Kərkükdə son günlərdə baş verənlərlə bağlı açıqlama verib.
Kərkük Hava Limanına raket hücumu nəticəsində yanğın baş verib
İraqın şimalındakı Kərkük şəhərində yerləşən Kərkük Beynəlxalq Hava Limanına 3 raket atılıb. Raketlərdən biri sivil əraziyə düşüb və nəticədə yanğın baş verib