İsrail ordusunun Tubas əməliyyatlarında ərazilər hərbi nəzarətə alınıb
İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib. Şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib. Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.
İsrail Qəzzada atəşkəsi pozaraq hücumlarını davam etdirir
İsrail ordusu, qüvvədə olan atəşkəsə baxmayaraq, gecə boyunca işğal altında saxladığı Qəzza bölgələrinə həm hava, həm dəniz, həm də quru hücumları ilə intensiv bombardman edib. İsrail qüvvələri Qəzzanın şimalındakı Beyt Lahiya və Bureyc Mülteci Kampı, cənubdakı Refah şəhəri, Xan Yunusun şərqindəki Karara və Beni Suheyla bölgələrini hədəf alıb. Təyyarələr Şucaiyye və Tubas məhəllələrinə hava zərbələri endirib, zirehli birliklər Zeytun Məhəlləsinin şərqini atəşə tutub. Dəniz qüvvələri sahil boyu hədəfləri bombalayıb.
İsrail ordusu Fələstinin şimalındakı Tubas şəhərinin bütün girişlərini bağlayıb
İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.
Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzza və Xan Yunisə hücum edib
Atəşkəsə baxmayaraq Qəzza şəhərinin şərqindəki yaşayış binalarını partladaraq dağıdan İsrail ordusu, Xan Yunis şəhərinin şərq bölgələrinə də hücum həyata keçirib. Şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində işğal etdiyi ərazilərdə çox sayda binanı partladaraq yerlə-yeksan edib. İsrail əsgərləri həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərq bölgələrini artilleriya atəşi ilə bombalayıb.
Qəzzada İsrailin hücumları nəticəsində 4 fələstinli həlak olub
İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.
Qəzzaya humanitar yardımlar heç vaxt siyasiləşdirilməməlidir - Aİ
Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.
Son 24 saata Qəzza hücumlarında 33 nəfər həlak olub
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumlarında son 24 saatda 33 nəfərin öldüyünü və ölü sayının 69 min 546-ya yüksəldiyini açıqlayıb. Ölənlər arasında 12 uşaq və 8 qadın var, 88 nəfər yaralanıb. Hücumlarda dağıntılar altından çıxarılan meyitlərin sayı 572-dir. 2023-cü il Oktyabr ayından bəri davam edən İsrail hücumlarında yaralıların sayı 170 min 833-ə çatıb. Beynəlxalq mediaya görə, ABŞ və Misir vasitəsilə 9-10 Oktyabr tarixlərində İsrail və Həmas arasında Qəzza üçün atəşkəs planı razılaşdırılıb. Lakin İsrail ordusu atəşkəsə baxmayaraq ara-sıra hücumlara davam edir.
Qəzzaya yardımın qarşısındakı məhdudiyyətlər dərhal qaldırılmalıdır - BMT
Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bildiriblər ki, Qəzzada güclü yağışlar, su basqınları və soyuq hava humanitar böhranı daha da ağırlaşdırır və bölgəyə daha çox yardımın çatdırılması üçün məhdudiyyətlərin təcili şəkildə aradan qaldırılması vacibdir.
Beynəlxalq təşkilatlar İsraildən yardımın girişinə icazə tələb edir
Beynəlxalq yardım təşkilatları, Qəzzada ilk güclü qış yağışlarının təsirini göstərməsindən sonra İsrailə daha çox çadır və təcili humanitar yardımın daxil olmasına icazə verilməsini tələb edib. Təşkilatlar bildirirlər ki, dörddə bir milyondan çox ailə təcili sığınacaq dəstəyinə ehtiyac duyur. Hücumlar ikinci ilinə daxil olur, əhali əksəriyyətlə məcburi köçkün vəziyyətindədir və Qəzza xalqının çoxu çadırlarda yaşayır. Cümə günü başlayan qış fırtınasından sonra yaranan daşqın, tullantı suları ilə qarışmış yağış suları səbəbindən ciddi epidemik risk yaradıb.
Qəzzada tibbi təxliyələrin gecikməsi 900-dən çox ölümə səbəb olub - ÜST
Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Qəzzada müalicə üçün bölgədən çıxarılmaq üçün tibbi təxliyə gözləyərkən həyatını itirən xəstələrin sayı 900-ü ötüb. ÜST-ün məlumatına görə, hələ də 16 min 500 xəstə təxliyə üçün təsdiq gözləyir; onların arasında təcili tibbi təxliyəyə ehtiyacı olan 4 min uşaq var. Təşkilat xəbərdarlıq edib ki, kritik vəziyyətdə olan xəstələrin təxliyəsində hər bir gecikmə “praktik olaraq ölüm hökmü” deməkdir. ÜST-ün Baş Direktoru Tedros bütün sərhəd keçidlərinin dərhal açılmasını və Qəzzadan və Qəzzaya tibbi və humanitar hərəkətə tam azadlıq verilməsini tələb edib. Keçidlərin bağlanması və xəstələrin hərəkətinə qoyulan məhdudiyyətlər səhiyyə sisteminin çökməsinə və ağır hallarının sürətlə artmasına səbəb olub.
İndoneziya Qəzzada sülhməramlı əməliyyata 20 min əsgər hazırlayır
İndoneziya müdafiə naziri bildirib ki, ölkə Qəzzada planlaşdırılan sülhməramlı əməliyyat üçün səhiyyə və tikinti tapşırıqları üzrə maksimum 20 min əsgər hazırlayıb. Hazırlıqlar ABŞ-ın təşəbbüsü ilə çoxmillətli sabitləşdirmə qüvvəsi yaradılması planları çərçivəsində həyata keçirilir. Qoşunların nə zaman yerləşdiriləcəyi və hansı mandatla fəaliyyət göstərəcəyi hələ qərara bağlanmayıb.
İordan çayının qərb sahilində məscid yandırıldı
İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar. Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib. Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər. “Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.