4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Texnologiya
Texnologiya

Şəhrizad, cinlər padşahı və 3 qəhrəman: "1001 Threads of Mizan" PC və konsollara gəlir

"MBC Group" Almaniyanın Köln şəhərində keçirilən "Gamescom" sərgisində özünün ilk video oyunu olan "1001 Threads of Mizan"ı təqdim edərək "MBC Game Studio"nun fəaliyyətə başladığını və media qrupunun qlobal oyun sənayesinə genişlənməsini elan edib. Ərəb fantaziyası janrında hazırlanan döyüş-macəra oyunu "Min bir gecə" nağıllarının süjet ənənələrindən ilhamlanaraq tədqiqat, döyüş və kooperativ (birgə) oyun mexanizmini xüsusi işlənmiş fantaziya dünyasında birləşdirir.

28 Avqust 2026 07:46
Şəhrizad, cinlər padşahı və 3 qəhrəman: "1001 Threads of Mizan" PC və konsollara gəlir

"MBC Group" Almaniyanın Köln şəhərində keçirilən "Gamescom" sərgisində özünün ilk video oyunu olan "1001 Threads of Mizan"ı təqdim edərək "MBC Game Studio"nun fəaliyyətə başladığını və media qrupunun qlobal oyun sənayesinə genişlənməsini elan edib.

Ərəb fantaziyası janrında hazırlanan döyüş-macəra oyunu "Min bir gecə" nağıllarının süjet ənənələrindən ilhamlanaraq tədqiqat, döyüş və kooperativ (birgə) oyun mexanizmini xüsusi işlənmiş fantaziya dünyasında birləşdirir.

Qədim ərəb folklorunun ən qaranlıq təsvirləri - Kitab əl-Bülhan

Oyun istənilən vaxt qoşulub-çıxma imkanı verən kooperativ rejimdə 3 nəfərə qədər oyunçunu dəstəkləyir. Əsas oyun elementlərindən biri olan uçan xalçalar vasitəsilə oyunçular həm yerdə, həm də səmada səyahət edə, dünyanı kəşf edə və nəhəng mistik məxluqlara qarşı birlikdə döyüşə bilirlər.

Layihə 25 avqust çərşənbə axşamı günü "Gamescom Opening Night Live" tədbirində nümayiş etdirilib və sərgi ziyarətçilərinə bu həftə pre-alfa demo versiyasını oynamaq imkanı yaradılıb.

"MBC Game Studio" baş icraçı direktor Deniel Enqelhardt və əməliyyat direktoru Trevor Uilyamsın rəhbərliyi altında fəaliyyət göstərir və "BioWare", "Hi-Rez", "Ubisoft Montreal" və "Bungie" kimi studiyalarda təcrübə qazanmış beynəlxalq komandanı bir araya gətirir. Studiya qlobal auditoriya üçün maraqlı hekayələrə və mədəniyyət elementlərinə əsaslanan orijinal, yüksək istehsal dəyərinə malik layihələr və əqli mülkiyyət formalaşdırmağa fokuslanıb.

Oyunun süjeti əfsanəvi nağılçı Şəhrizad tərəfindən bir araya gətirilən üç qəhrəmanın - Yüsra, Malik və Süfyanın ətrafında cərəyan edir. Üçlük "Mizan"ın itirilmiş gücünü yenidən kəşf etməli və qisas almaq istəyi ilə bəşəriyyəti təhdid edən qədim cinlər padşahına qarşı mübarizə aparmalıdır.

Oyunun mühüm elementi olan uçan xalça sistemi istifadəçilərə oyun dünyasında sürətlə hərəkət etmək və hava döyüşlərində iştirak etmək imkanı verir.

"Min bir gecə və zəngin ərəb folklorundan ilhamlanan '1001 Threads of Mizan' layihəsini elan etməkdən böyük qürur duyuruq. Həm quruda, həm də səmada idarəetməni, nəhəng cinlərə qarşı irimiqyaslı döyüşləri və təsirli tədqiqat imkanlarını özündə birləşdirən bu oyun dostlarla paylaşıla bilən qəhrəmanlıq təcrübəsində bu hekayələrin gözəlliyini və ruhunu çatdırmaq üçün hazırlanıb".-deyə "MBC Game Studio"nun baş icraçı direktoru Deniel Enqelhardt bildirib.

Kreativ direktor Lars Bonde qeyd edib ki, studiya ənənəvi təkoyunçulu macəra oyunlarının miqyasını və dərinliyini kooperativ təcrübəyə necə uyğunlaşdırmağı hədəfləyib.

"Bu oyunla biz fantastikanı zəngin tarix və mədəniyyətlə birləşdirən bu inanılmaz folklorun dərinliyini kəşf edən oyunçuların gözləntilərini sürətli və döyüş yönümlü oyun təcrübəsinə çeviririk"-deyə Lars Bonde bildirib.

"1001 Threads of Mizan" "PlayStation 5", "Xbox Series X/S", "Nintendo Switch 2" və "PC" platformaları üçün hazırlanır. Oyunun təqdimat treyleri artıq internetdə yayımlanıb, "Gamescom" ziyarətçiləri isə sərgi məkanında pre-alfa demosunu sınaqdan keçirə bilirlər.

Məqalədə: #Şəhrizad #1001 Threads of Mizan #MBC Game Studio #Min bir gecə #Gamescom Opening Night Live #BioWare #Ubisoft Montreal #1001 Threads of Mizan video oyunu #MBC Game Studio Gamescom 2026 təqdimatı #Min bir gecə nağılları ərəb fantaziya oyunu #PlayStation 5 Xbox Series X Nintendo Switch 2 PC oyunları #1001 Threads of Mizan MBC Game Studio Gamescom #Arabian fantasy action adventure co op game #One Thousand and One Nights folklore video game #Arabian folklore meets next-gen gaming: MBC unveils 1001 Threads of Mizan #Coming to PS5 #Xbox Series X #Switch 2 #and PC: Full platform release details

Mövzu üzrə digər xəbərlər

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb
Texnologiya

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

2 Sentyabr 21:05
Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb
Texnologiya

Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

2 Sentyabr 20:58
"Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı
Texnologiya

"Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

2 Sentyabr 14:42
Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb
Texnologiya

Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

31 Avqust 21:13

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.