7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qazaxıstan Xəzərdəki limanlarını etibarlı idarəetməyə verməyə hazırdır

1 Fevral 2024 04:34
Qazaxıstan Xəzərdəki limanlarını etibarlı idarəetməyə verməyə hazırdır

Bakı. AzerVoice:

Qazaxıstanın Aktau və Kurık limanlarının dəniz donanmasının möhkəmləndirilməsi və Xəzərdə konteyner qovşağının yaradılması məqsədilə ship-or-pay şərti ilə (daşıyıcının müştərinin yükünün müəyyən həcmini daşımağa borclu olduğu və müştəri, hətta yükün çatdırılmadığı halda belə, daşıma haqqını ödəməli olduğu sxem – Red.) etibarlı idarəetməyə verilməsi məsələləri Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin Nəqliyyat üzrə Avropa komissarı Adina Velyan ilə görüşü zamanı müzakirə olunub.

AzerVoice Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş çərçivəsində Qazaxıstan və Avropanın nəqliyyat potensialının inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub. Tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) inkişafı sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər. TBNM-in tam yüklənməsi üçün infrastrukturun və terminal şəbəkəsinin inkişafı, habelə Qazaxıstan üçün icazəsiz vahid forma sisteminin gələcək tətbiqi ilə Avropa İttifaqı və Qazaxıstan arasında sazişinin imzalanması imkanı müzakirə olunub.

Qeyd edək ki, Aktau limanı Xəzər dənizinin şərq sahilində - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xammal neftin və neft məhsullarının daşınmasını təmin edir. Kurık limanı isə Xəzərin şərq sahilində, Aktau limanın cənubunda, yükləmə-boşaltma əməliyyatları üçün daha əlverişli hava şəraitini təmin edən təbii körfəzdə yerləşir. Bərə kompleksi taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və digər növ yüklərin daşınmasına yönəldilib.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) Çin və Mərkəzi Asiyanı Avropa ölkələri ilə birləşdirir. Uzunluğu təxminən 11 min kilometr olan TBNM-in ötürmə qabiliyyətinin 2025-ci ilə qədər 6 milyon tondan 10 milyon ton yükə qədər artırılması planlaşdırılır.

Məqalədə: #Qazaxıstan

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.