5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Kahramanmaraşda inşa olunan “Azərbaycan” məhəlləsi 32 hektar sahəni əhatə edəcək

6 Fevral 2024 11:22
Kahramanmaraşda inşa olunan “Azərbaycan” məhəlləsi 32 hektar sahəni əhatə edəcək

Bakı. AzerVoice:

Ötən ilin fevralın 6-da Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti heç bir yardım çağırışını gözləmədən öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

AzerVoice xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.

Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.

Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.

Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.

20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:

  • xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana
  • musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
  • rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana
  • texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana
  • 1 kitabxana
  • 1 idman zalı

“Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılıb. İki kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq

Kahramanmaraşda inşa olunan “Azərbaycan” məhəlləsi 32 hektar sahəni əhatə edəcək
Məqalədə: #Türkiyə #Kahramanmaraş #zəlzələ

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.