8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə müdafiə sənayesi müharibə paradiqmasını alt-üst edən mövqeyə çatıb - Kacır

4 Noyabr 2023 11:48
Türkiyə müdafiə sənayesi müharibə paradiqmasını alt-üst edən mövqeyə çatıb - Kacır

Bakı, AzerPress:

Türkiyə müdafiə sənayesi müharibə paradiqmasını alt-üst edən mövqeyə çatıb.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil edilən "Vizyoner23" Sammitində çıxışı zamanı deyib.

"Müxtəlif maneələrə məruz qalan Türkiyə müdafiə sənayesi hazırda yüksəliş dövrünü yaşayır. Pilotsuz Uçuş Aparatları və dronları ilə dünyada bir nömrə olan Türkiyənin nailiyyətlərinə bütün dünya şahid olur", - deyə o vurğulayıb.

Nazir Kacır onu da bildirib ki, Türkiyə yerli imkanlarla rabitə peykləri istehsal edə bilən 10 ölkədən biri olacaq.

"Yüksək keyfiyyətli müşahidə peyki İMECE-ni kosmosa göndərən Türkiyədən bəhs edirik. TÜRKSAT 6A peykini yerli və milli səviyyədə inkişaf etdiririk və istehsal edirik. Gələn il peyki kosmosa göndərəcəyik. İnanırıq ki, texnologiyanın bütün sahələrində dəyişiklik və transformasiyaya diqqət yetirmək ölkəmizə yeni sahələrdə böyük texnoloji brendlər yaratmağa imkan verəcək", - deyə Kacır əlavə edib.

O, həmçinin, Türkiyənin Fələstinin yanında olduğunu vurğulayıb.

"Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Fələstin xalqının yanındadır. Biz çalışırıq ki, İsrailin Fələstindəki zülmünə ən qısa zamanda son qoyulsun. Gizli və açıq embarqolara baxmayaraq, Türkiyə indi tam müstəqillik yolunda kritik hədləri keçib. Yer üzünü ədalət və mərhəmətlə yenidən birləşdirənə qədər bu yoldan, bu mübarizədən əsla dönməyəcəyik" deyə o bildirib.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Mehmet Fatih Kacır #Türkiyə müdafiə sənayesi #MÜSİAD #TÜRKSAT 6A #İMECE

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.