8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib

6 Dekabr 2023 12:14
Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib

Bakı. AzerPress:

Bakıda böyük uğurla Qazaxıstanın Azərbaycanda Mədəniyyət Günləri keçirilib. Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı əsasda mədəniyyət günlərinin keçirilməsinə dair tapşırıq bu il Dövlət Başçıları Kasım-Jomart Tokayev və İlham Əliyev tərəfindən verilib.

Tədbirlərdə QR-nın Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel iştirak ediblər.

Mədəniyyət Günləri çərçivəsində “Xassak” etnofolklor qrupunun solo konserti və Q.Musrepov adına Qazax Dövlət Akademik Teatrının quruluşunda “Qaragöz” tamaşanın nümayişi baş tutub.

Yekun mədəni tədbirlər dekabrın 4-də Heydər Əliyev Mərkəzində keçirilib. Burada müxtəlif janrlarda və üslublarda işləyən gənc qazax rəssamlarının 46 unikal əsərlərdən ibarət ekspozisiyanın nümayiş olunduğu Qazaxıstanın təsviri sənət sərgisinin açılışı olub.

Nazir Aida Balayeva sərginin iki xalqın mədəni dirçəlişinin vizuallaşdırılması olduğunu qeyd edib. Sərgidə rəsm, qrafika, tikiş, dekorativ-tətbiqi incəsənət kimi ənənəvi təsviri sənət formaları ilə yanaşı, instalyasiyalar və art-obyektlər timsalında yeni növlər də təqdim olunub.

Əsərlərini nümayiş etdirən rəssamlardan biri Asel Sabırjankızı da olub. Gənc rəssam xalçalar üzərində unikal rəsm texnikasından istifadə edir. Ümumilikdə, onun tərəfindən Türk tarixinin 14 qadın obrazı canlandırılıb. Azərbaycan Xalça Muzeyini ziyarət edərək və orada gördükləri ilə ilhamlanaraq, o, dahi şairə Xürşidbani Natəvanın portretini yaradıb. Portret hədiyyə olaraq Azərbaycan Milli Məclisinin Sədrinə təqdim olunub.

Mədəniyyət Günlərinə Qazaxıstanın incəsənət ustalarının möhtəşəm qala konsertilə yekun vurulub. Qala konsertdə Azərbaycanın Milli Məclisin Sədri Sahibə Qafarova, nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin Sədri, deputatlar, xarici dövlətlərinin səfirləri, beynəlxalq təşkilatlarının rəhbərləri, mədəniyyət, elm və incəsənət xadimləri iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən Qazaxıstanın Mədəniyyət və İnformasiya Naziri Azərbaycanın Qazaxıstan üçün mehriban qonşu, sadiq dost və qardaş dövlət olduğunu vurğulayıb. O, qeyd edib ki, birlikdə biz Türk dünyasını inkişaf etdiririk və möhkəmləndiririk. Aida Balayeva Mədəniyyət Günlərinin keçirilməsində hərtərəfli dəstəyə görə Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimliyə və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayelə, o cümlədən onların heyətlərinə səmimi təşəkkürünü bildirib.

Qala konsertdə Qazaxıstanın Xalq Artisti Roza Rımbayeva, “Kurmet” ordeninin kavaleri Zarina Altınbayeva, Qazaxıstanın əməkdar xadimləri Alişer Karimov, Medet Çotabayev, Ayqerim Beketayeva, “Saltanat” dövlət rəqs ansamblı, “İL Canto”, “Violas”, “T&Y” kollektivləri, “Fikrət Əmirov adına Azərbaycan dövlət mahnı və rəqs ansamblı”, o cümlədən “Ulıtau” qrupu və “Sazgen sazı” ansamblı çıxış ediblər. Konsert Azərbaycan tamaşaçıları tərəfindən qurultulu alqışları ilə qarşılanıb.

Mədəniyyət Günləri çərçivəsində həmçinin rəsmi görüşlər də keçirilib. Azərbaycan Prezidentinin Köməkçisi Hikmət Hacıyevlə görüşdə mədəniyyət və informasiya sahələrində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Qazaxıstanla strateji münasibətlər Azərbaycan üçün prioritetdir. Qazaxıstanın kinematoqrafiya sahəsində təcrübə bizim üçün olduqca maraqlıdır. Sizdə, xüsusilə tarixi mövzularda, multiplikasiya sahəsi yaxşı inkişaf edib”, - deyə, Hikmət Hacıyev qeyd edib. Aida Balayeva sözügedən istiqamətdə hərtərəfli dəstək verəcəyinə söz verib. Belə ki, Azərbaycana “Şaken Aymanov adına “Qazaxfilm” milli kinostudiyasının” arxivləri, cizgi filmləri, “Balapan” uşaq kanalının kontenti ötürüləcək.

Nazir həmçinin H. Hacıyevin feyk xəbərlərə qarşı mübarizə üzrə beynəlxaq mediaforumunun keçirilməsi ilə bağlı təşəbbüsü də dəstəkləyib. Tərəflər Qazaxıstanın “Balapan”, “Xabar 24”, “Qazaqstan” telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində və Azərbaycanın CBC TV telekanalının Qazaxıstanda yayımlanması məsələlərini də müzakirə ediblər.

Aida Balayeva həmçinin Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli ilə də görüş keçirib. “Ölkələrimiz müxtəlif sahələrdə, xüsusilə mədəniyyət sahəsində qarşılıqlı faydalı əməkdaşlığı uğurla inkişaf etdirirlər. Biz uşaqlar üçün animasiya filmlərinin yaradılması, tədqiqat layihələrinin keçirilməsi, elmi turizminin inkişaf etdirilməsi, mədəni könüllülüyün, kitab çap etdirilməsini, ilk növbədə bədii ədəbiyyatının Qazax dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən Qazax dilinə tərcümə etdirilməsi, Azərbaycanın ustalarının iştirakı ilə gənc rəssamlarımız üçün master klassların keçirilməsi ilə bağlı işinin gücləndirilməsində maraqlıyıq”, - deyə, A. Balayeva qeyd edib.

Öz növbəsində, Adil Kərimli Azərbaycan tamaşaçısı üçün hazırlanan zəngin mədəni proqrama görə həmkarına minnətdarlığını bildirib. Tərəflər mədəniyyət, arxiv işi, informasiya, könüllülük və gənclər siyasəti sahələrində əməkdaşlığı ehtiva edən iki ölkə arasında Yol Xəritəsini müzakirə ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Allahşükür Paşazadə ilə görüşdə mənəvi əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz Qurbanlı, Azərbaycan Parlamentinin Sədrinin Müavini Fəzail İbrahimli, o cümlədən deputatlar, ziyalılar və müxtəlif dini konfessiyalarının nümayəndələri iştirak ediblər.

Aida Balayeva iştirakçılara Prezident Tokayevin rəhbərliyi altında Qazaxıstanda baş verən dəyişikliklər haqqında məlumat verib və Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə məhsuldar əməkdaşlığı davam etdirəcəyinə əminliyini vurğulayıb.

Şeyx Allahşükür Paşazadə öz növbəsində Dünya və Ənənəvi Din Liderlərin Qurultayının əhəmiyyətini vurğulayıb. O, Qurultayın daimi iştirakçısı olduğunu və hər zaman Qazaxıstanı böyük məmnuniyyətlə ziyarət etdiyini qeyd edib. A. Paşazadə Astanada keçirilən Qurultayın dini, dövlət və ictimai xadimləri bir araya toplayan xüsusi dialoq meydançası kimi səciyyələndirib.

Tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovla da görüş keçirilib. Tərəflər gənclər siyasəti sahəsində əməkdaşlıq pespektivlərini müzakirə ediblər.

2024-cü ildə Azərbaycanın Qazaxıstanda Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib
Məqalədə: #Qazaxıstan

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.