6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

CANiK ABŞ bazarındakı iddiasını böyüdür

ABŞ bazarında öz sahəsində ən böyük 4-cü marka olan CANiK, Floridadakı CANiK USA fabrikinin tam gücü ilə fəaliyyətə başlamasından sonra mövqeyini daha da möhkəmləndirir. Brend artan istehsal imkanları ilə yeni hədəflərə çatmaq məqsədilə Houston şəhərində keçirilən NRA Show 2026 sərgisinə qatılıb.

18 Aprel 2026 15:15
CANiK ABŞ bazarındakı iddiasını böyüdür

BAKI,VOA

ABŞ bazarında öz sahəsində ən böyük 4-cü marka olan CANiK, Floridadakı CANiK USA fabrikinin tam gücü ilə fəaliyyətə başlamasından sonra mövqeyini daha da möhkəmləndirir. Brend artan istehsal imkanları ilə yeni hədəflərə çatmaq məqsədilə Houston şəhərində keçirilən NRA Show 2026 sərgisinə qatılıb.

VOA xəbər verir ki, ABŞ-ın fərdi silahlanma bazarının istiqamətini müəyyən edən NRA Show 2026 sərgisi bu il Türk müdafiə sənayesinin qlobal gücü olan CANiK-in strateji addımlarına səhnə olub. Qlobal odlu silahlar sektorunun ən nüfuzlu platformalarından biri hesab edilən bu tədbirdə Samsun Yurt Savunma (SYS Qrup) iştirakçısı olan CANiK həm yerli istehsalçı kimliyi, həm də innovasiya liderliyi ilə diqqət çəkib.

70 milyon dollarlıq sərmayə və tam güclə istehsal

CANiK-in ABŞ-dakı uğurunun arxasında strateji baxışla qurulan CANiK USA müəssisəsi dayanır. Florida ştatının Vest-Palm-Biç şəhərində 70 milyon dollardan çox investisiya ilə qurulan və 2025-ci ildən istehsala başlayan zavod, 2026-cı ildə tam gücü ilə fəaliyyət göstərməyə başlayıb. Bu addım markanın təkcə ixracat potensialını artırmaqla qalmayıb, həm də yerli istehsal üstünlüyü ilə ABŞ daxili bazarındakı hegemonluğunu gücləndirib.

Sərginin ulduzu: PRIME RADIAN

Builki sərginin ən çox maraq görən məhsulu, daha əvvəl SHOT Show-da təqdim edilərək satış rekordları qıran PRIME RADIAN modeli olub. Bununla yanaşı, CANiK səsboğucu və optika sahəsindəki iddiasını da bir pillə yuxarı daşıyıb. 10 fərqli qabaqcıl həll yolundan ibarət olan CANiK Optika Proqramı tapançalardan tutmuş snayper sistemlərinə qədər geniş çeşidi ilə peşəkar istifadəçilərin ehtiyaclarını qarşılayır.

"ABŞ bazarı qlobal odlu silahlar sektorunun ürəyidir. Biz də bu reallıqdan çıxış edərək ABŞ-ı mərkəzə alan strategiyalar və investisiyalar həyata keçirdik. Nəticədə CANiK olaraq bu bazarda ən yüksək sıralarda yerimizi möhkəmləndirdik. İndi hədəfimiz artan istehsal gücümüz və müştəri yönümlü innovasiyalarımızla daha da irəli getməkdir. Qlobal ticarətdəki çətinliklərə və tariflərə baxmayaraq, etibarlı marka quruluşumuzla bu prosesi fürsətə çeviririk. Houston-dakı iştirakımız bu qətiyyətin ən bariz göstəricisidir."-deyə SYS Qrupunun CEO-su Cahit Utku Aral bilsirib.

Məqalədə: #CANİK #CANiK USA #NRA Show 2026 #Samsun Yurt Savunma (SYS Qrup) #PRIME RADIAN #CANiK Optika Proqramı #Cahit Utku Aral #ABŞ-da yerli istehsala başlayan CANiK-dən yeni strateji həmlə #Türk müdafiə sənayesi #hərbi xəbərlər #ABŞ silah bazarı

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.