Bakı, AzerVoice
Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) "29 Oktyabr – Respublika Günü" ilə əlaqədar gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.
"Respublika Gününə həsr olunmuş tədbirlərlə əlaqədar boğazda gəmilərin hərəkəti müəyyən müddət ərzində həyata keçirilə bilməz", - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunur.