Bakı, AzerVoice
Türkiyədəki suriyalı qaçqınlar ölkələrində illərdir davam edən
vətəndaş müharibəsinin bitməsi və 61 illik Baas rejiminin
devrilməsindən sonra doğma torpaqlarına qayıtmağa başlayıblar.
AzerVoice xəbər verir ki, Hatayın
Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısı suriyalıların öz
evlərinə qayıtmaq üçün əsas keçid nöqtəsinə çevrilib.
Reyhanlıdakı sərhəd qapısında səhər saatlarından etibarən uzun
növbələr yaranıb. Suriyalı qaçqınlar gömrük və sərhəd
prosedurlarını tamamlayaraq ölkələrinə keçmək üçün gözləyirlər.
Sərhəddə yaranan sıxlığı azaltmaq məqsədilə jandarma qüvvələri
təxminən 5 km aralıda əlavə yoxlama məntəqəsi qurub. Oradan keçid
üçün münasib hesab edilən suriyalılar Cilvegözü Sərhəd Qapısına
yönləndirilir.
Suriyalılar Türkiyəyə sığınacaq verdiyi və illərdir dəstək olduğu üçün təşəkkürlərini bildiriblər.