Bakı, AzerVoice
Türkiyənin Ardahan, Qars, və Ağrı bölgələrində qar yağıntısından sonra intensiv soyuqluq müşahidə edilib.
AzerVoice xəbər verir ki, Ardahan bölgəsində qar yağıntısından sonra havanın temperaturu mənfi 22 dərəcəyə düşüb.
Soyuq hava səbəbindən yollar və səkilər buz bağlayıb, ağaclar və bitkilər isə şaxta ilə örtülüb.
Digər bölgələrdə isə havanın temperaturu gecə saatlarında mənfi 17 və mənfi 18 dərəcə təşkil edib.
Qeyd edək ki, Qars-Ərzurum avtomobil yolunda duman səbəbindən görmə qabiliyyəti azalıb və sürücülər irəliləməkdə çətinlik çəkib.