6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə hava sahəsindən hər 14 saniyədə bir təyyarə keçib

31 Yanvar 2025 09:00
Türkiyə hava sahəsindən hər 14 saniyədə bir təyyarə keçib

Bakı, AzerVoice

Türkiyənin hava sahəsində 2024-cü ildə 521 min 724-ü tranzit keçid olmaqla, 2 milyon 290 min 581 uçuş həyata keçirilib və bu dövr ərzində ölkə üzərindən hər 14 saniyədə bir təyyarə keçib.

AzerVoice xəbər verir ki, Türkiyə Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) məlumatlarına görə, son illərdə təyyarə ilə səyahət edən sərnişin sayında əhəmiyyətli artım müşahidə olunub.

Türkiyənin hava nəqliyyatı sahəsində anlaşma etdiyi ölkə sayı 81-dən 175-ə yüksəlib. 2002-ci ildə xarici uçuşlarda 50 ölkədə 60 nöqtəyə uçuş həyata keçirilərkən, uçuş şəbəkəsinə 289 yeni nöqtə əlavə edilməsi ilə 132 ölkədə 349 nöqtəyə çatılıb. Daxili və xarici uçuşlarda 2002-ci ildə təxminən 34,5 milyon olan sərnişin sayı 2024-cü ilin sonu ilə 230,2 milyonun üzərinə çıxıb.

Türkiyənin hava sahəsində 2024-cü ildə həyata keçirilən uçuş sayı 521 min 724-ü tranzit keçid olmaqla, 2 milyon 290 min 581-ə çatıb. Beləliklə, Türkiyə semalarından hər 14 saniyədə bir təyyarə keçib. Tranzit üst keçid sayı da ötən il əvvəlki ilə nisbətən 5,5% artıb.

Ticarət uçuşlarının sayı bu dövrdə 1 milyon 412 min 238 olaraq qeydə alınıb və eniş-kalkış edən təyyarələrin 62%-i bu uçuşlardan ibarət olub.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, mövzu ilə əlaqədar açıqlamasında Türkiyənin coğrafi və mədəni baxımdan qitələrin, mədəniyyətlərin və qədim nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşdiyini qeyd edərək, 2002-ci ildə 26 olan aktiv hava limanı sayısının 2024-cü ilin sonu ilə 58-ə çatacağını bildirib.

“Biz aviasiya sektoruna sərmayə qoymağa davam edəcəyik”- deyə Uraloğlu vurğulayıb.

Türkiyənin dünyanın ən geniş uçuş şəbəkəsinə sahib ölkələrindən biri olmasına imkan yaratdıqlarını qeyd edən Uraloğlu, Türkiyənin aviasiya sahəsində beynəlxalq səviyyədə də uğurlar əldə etdiyini bildirdi.

Uraloğlu, aviasiya sektoruna son 22 ildə edilən yatırımlarla hava yolunun "xalqın yolu" halına gəldiyini vurğulayıb: "4 saatlıq uçuş məsafəsi ilə 1,5 milyard insanın yaşadığı və 51,2 trilyon dollar ümumi daxili məhsula sahib 67 ölkənin mərkəzindəyik", deyə əlavə edib.

Aviasiya sektoruna yönəlik yatırımlara davam edəcəklərini qeyd edən Uraloğlu, bu ili də sərnişin məmnuniyyətini artıran xidmətlərə, insan və ətraf mühitə duyarlı layihələrlə lazım olan avadanlıqların təmin edilməsinə həsr edəcəklərini söyləyib.


Məqalədə: #Türkiyə

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.