9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Heç kimin Fələstin xalqına ikinci Nəkbə yaşatmağa gücü çatmaz - Ərdoğan

10 Fevral 2025 15:15
Heç kimin Fələstin xalqına ikinci Nəkbə yaşatmağa gücü çatmaz - Ərdoğan

Bakı, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziyanın paytaxtı Kuala Lumpurda dövlət işçiləri və tələbələr qarşısında çıxış edərək, İsrail-Fələstin münaqişəsinə dair mühüm mesajlar verib.

AzerVoice xəbər verir ki, Ərdoğan, Fələstin müqavimət hərəkatının qəhrəmancasına mübarizəsi sayəsində İsrailin strateji hədəflərinə çata bilmədiyini vurğulayıb. O, 19 yanvar tarixində HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasını xatırladaraq, İsrailin qanunsuz və aqressiv siyasətini davam etdirdiyini bildirib.

Ərdoğan Fələstin xalqının öz torpaqlarından qovulması ilə bağlı bəzi dairələrdə səsləndirilən təkliflərin ciddi qəbul edilə bilməyəcəyini vurğulayaraq, Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa heç kimin gücünün çatmayacağını bəyan edib.

“Müqavimət qüvvələrinin qəhrəmancasına mübarizəsi sayəsində İsrail strateji məqsədlərinə nail ola bilmədi. Nəhayət, bizim də töhfə verdiyimiz prosesin sonunda 19 yanvarda HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması əldə olundu. Lakin İsrailin qanunsuz və korlanmış mövqeyini davam etdirdiyini görürük. Fələstinlilərin min illərdir yaşadıqları torpaqlardan qovulması ilə bağlı təkliflərin ciddi qəbul edilə biləcəyini düşünmürük. Allahın izni ilə heç kimin Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa gücü çatmaz.”- deyə o bildirib.

Qeyd edək ki, Nəkbə — 1948-ci il Fələstin müharibəsi zamanı Məcburi Fələstində fələstinlilərin etnik təmizləməsi olub, onların zorakı yerdəyişməsi və torpaqlarını, əmlaklarını və əşyalarını ələ keçirmələri, eyni zamanda cəmiyyətin, mədəniyyətinin, şəxsiyyətinin, siyasi hüquqlarının və milli istəklərinin məhv edilməsidir. "Nəkbə" termini ilk dəfə suriyalı tarixçi Konstantin Zureyk tərəfindən 1948-ci ildə nəşr olunmuş "Məna ən-Nəkbə" (Fəlakətin mənası) kitabında istifadə edilib. İsrail mənbələri Avropa yəhudilərinin fəlakəti ilə bağlı "Nəkbə" sözünün işlədilməsini qəbuledilməz hesab edir.

Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #Fələstin

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.